Bizim Şahbaz müəllim... - Faiq QİSMƏTOĞLU yazır
Müəllim peşəsindən gözəl iş yoxdur. Çünki o hamıya elm, əxlaq, mədəniyyət və insanlıq öyrədir. Və müəllimin heç kəsə borcu olmur , əksinə hamının müəllimə borcu olur! Mənim dostum, qardaşım , gözəl insan Şahbaz müəllimlə isti münasibətim və daha döğusu tanışlığımız ötən əsrin 90-cı illərində yaranıb.
Belə ki, o, nüfuzlu mətbuat orqanlarında işləyirdi, sonradan isə onun " Yurddaş" qəzetində məsul vəzifədə çalışdığını gördüm. " Azərbaycan" nəşriyyatının dəhlizində və "qoryaçı" sexdə tez-tez görüşərdik! Yorulanda , heydən düşəndə Elmira xanımın yeməkxanasında bir tikə çörək yeyərdik, çay içərdik.Elə o vaxtlardan aramızda mehribanlıq, bir doğmalıq yarandı. Borçalıdan olduğunu biləndə onu bir az da çox istəyirəm.
Ona görə ki, Borçalıdan böyük Zəlimxan Yaqubu, Səməndər Məmmədovu, Rəşid Faxralını, Elşad Həsənovu tanıyırdım. Və Şahbaz Musayev də onlar kimi ziyalı, istedadlı, səmimi bir insan idi.Eyni zamanda Şahbaz müəllim Azərbaycanın çox böyük ziyalısı , məşhur həkim, Əlişir Musayevin qardaşı oğlu idi. Amma o addan, o nüfuzdan heç vaxt istifadə etmirdi. Hər şeyi öz zəhməti, ö z alın təri hesabına qazanırdı.
Daha doğrusu, Şahbaz qardaşımız Allahdan başqa heç kimə güvənmirdi. Mətbuatda çalışdığı illərdə bir- birindən gözəl oçerklər, reportajlar, zarisovkalar və digər publisist yazılar qələmə aldı. Jurnalist adını, şərəfini uca tutdu.Ona görə də oxucular o imzanı axtardılar və sevdilər! Sonradan isə elm sahəsini seçdi. Milli Elmlər akademiyasının ədəbiyyat institutunda işə düzəldi. Qısa zamanda o, müdafiə edərək filologiya elmləri namizədi , alimlik dərəcəsi aldı. Eyni zamanda maraqlı elmi məqalələri ilə yeni bir səhifə açdı. Və filologiya elmləri doktoru, professor adını qazandı.
Şahbaz müəllim bu gün Slavyan Universitetinin jurnalistika fakültəsinində dərs deyir. Tələbləri də onu çox istəyir.O da tələbələrini sevir. İndiki dövrdə hər müəllim tələbəsinin sevimlisinə çevrilə bilmir, amma o, bu hörməti qazanıb.Aprelin 20- də professor Şahbaz Musayevin 65 yaşı tamam olur. Mən də bilmədim onu neçə təbrik edim və oğlum Emil dedi ki, ata , Şahbaz əmi üçün ən yaxşı təbrik bir yazıdı. Sözü adamı üçün, alim üçün, professor üçün bundan böyük hədiyyə ola bilməz .Və mən də Emilin dediyinə qulaq asdım, bizim Şahbaz müəllimin 65 illiyinə bu yazını hədiyyə elədim! Tay bilmədim, neçə alındı. Yəqin ki, professor nöqsanlarımı bağışlayar!!!
