Rubionun qəfil İrəvan SƏFƏRİ və... HƏBS “qoxusu”
ABŞ dövlət katibi Marko Rubionun bu günə gözlənilən İrəvan səfəri nə qədər inkar edilsə də, hakimiyyətin mövqeyini gücləndirən, onun xeyrinə işləyən hadisə ola bilər. Xüsusən də Rusiyadan Baş nazir Nikol Paşinyanın ünvanına artan hədə və təhdidlər fonunda bu ziyarət özündə yetərincə rəmzi məna daşıyır. Paşinyan komandasının yalnız olmadığının mesajını çatdırır.
Yəni, səfərin 7 iyun kritik seçkiləri ilə əlaqəli olması ehtimalı var və güclüdür. Əks halda, Rubio Bakıya da gələrdi. Vitse-prezident Ceyms Di Vens kimi. Amma məlumatlara görə, o, Ermənistanla kifayətlənəcək.
Təbii ki, deyilən səbəbdən dövlət katibinin qəfil gəlişindən ən çox təlaşlananlar – Rusiyaya bağlı yerli proksi-qüvvələr və elə Rusiyanın özüdür. Seçkilərə isə cəmi 12 gün qalır...
Təsadüfi deyil ki, artıq məğlubiyyətin “qoxusu” burnuna dəyən sabiq prezident, Xocalı hərbi canisi Robert Köçəryan hakimiyyəti seçkisonrası “xalq inqilabı” ilə hədələyib. Diqqət edin, cəmi 5%-lik........
