menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Ötən günlər”i oxuyan gənclərin gələcək gün əndi

30 0
25.08.2026

Özbək tələbələr seçim qarşısında: bloqer, yoxsa jurnalist olmaq?

Daşkənddə beynəlxalq mediaforumda iştirak edərkən Özbəkistanın Nizami adına Milli Pedaqoji Universitetinin jurnalistika fakültəsinin tələbələrinə master-klass keçməyə dəvət olunanda, doğrusu, bir az şaşırdım. Birdən-ikiyə öz ölkəmizdə belə şey olmayıb, amma indi Özbəkistandakı həmkarlar istəyirlər ki, müəllif, onların təbirincə desək, “öz zəngin təcrübəsi”ni gələcək özbək jurnalistlər bölüşsün.

Mövzu da elə idi ki, dəvəti məmnunluqla qəbul etdim. Onsuz da illərdir jurnalist olmaq istəyən həmvətənlərimizə bu tövsiyələri verirəm.

Bu sual ətrafında danışmalıydım: “Əgər gənc jurnalist sizdən "Uğurlu jurnalist olmaq istəyirəmsə, haradan başlamalıyam?" deyə soruşsa, ona ilk olaraq nə məsləhət verərdiniz?"

Universitetdə bizi təhsil müəssisənin prorektoru Dilnoza Xalmuradova qarşıladı, qısa məlumat verdi. Aydın oldu ki, böyük şairimiz Nizaminin adını daşıyan universitet 91 ildir fəaliyyət göstərir, ölkədə ən populyar və zəngin tarixə malik təhsil ocağıdır. Hazırda universitetdə 18 min 500 tələbə təhsil alır.

Universitetin foyesində nəzərimi iki nüans cəlb etdi. Onlardan biri indiyə qədər universitetə........

© Müsavat