menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Ə, noolsun” reaksiyası doğuran xəbərlər

22 0
12.10.2026

Sevə-sevə baxdığımız “Ac həriflər” tamaşasında mərhum sənətkarımız Yaşar Nurinin canlandırdığı bir tipaj var, aşxanada masa arxasında oturub qəzet oxuyur, dünyada, region ölkələrində baş verən hadisələrə dair xəbərlərin başlığını səsləndirir, sonra da belə bir əlavə edir: “Ə, noolsun?”

Biz artıq milli saytlarımızda gedən xəbərlərin başlıqlarını oxuyanda elə deyəcək hala gəlmişik. Fərq ondadır ki, 110 il əvvəlki oxucu mühüm xəbərlərə də “ə, noolsun” deyə reaksiya verirdisə, bizim oxuduğumuz xəbərlər “ə, noolsun”u onqat artıq haqq edir.

Özünüz baxın, dünən saytların çoxunda belə bir xəbər vardı: “Nəvai Daşkənddə sürdüyü maşınla gündəm oldu – VİDEO”.

“Ə, noolsun” deməzdən öncə düşünürsən ki, yəqin Nəvai qardaş şair Nəvainin vətənində avtoşluq edib, qəza şəraiti yaradıb və yol polisi xizməti (özbək qardaşlar YPX-yə belə deyirlər) tərəfindən yaxalanıb, ona görə də hazırda Özbəkistanın gündəminə oturub və müzakirə olunur.

Baxırsan ki, elə deyil, xəbər belədir ki, "Ferrari", "Lamborghini" kimi lüks avtomobilləri olan "Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirov konsert üçün yollandığı Özbəkistanda "Daewoo Damas" markalı........

© Müsavat