Yalana Məcnun kütlə, "İdrak" liseyi qışqırığı və sınan güzgü
Bir anlıq ətrafınıza baxın. Tələsmədən insanları dinləyin, onların sözlərinə diqqət etməyin, reaksiyalarına fikir verin.
Görəcəksiniz ki, hamı kütlədən narazıdır; hamı onun kütbeyinliyindən, düşüncəsizliyindən, sürü psixologiyasından şikayət edir. Hamı kütləni söyür.
Çox qəribədir e…
Bu qədər kütlə düşməni varsa, bəs kütlənin özü hardadır?
Fərd olaraq kimsə özünü kütlə hesab etmir. Hər kəs özünü ondan yuxarıda görür. Kimə desən ki, sən kütlə kimi düşünürsən, dərhal etiraz edər. Deyər ki, nə danışırsan, mən heç vaxt kütlə düşüncəli olmamışam, olmayacağam da.
Bəli, hamı özlüyündə ağıllıdır, hətta guya fərqlidir. Nəticə isə dəyişmir, kütlə var və hökm edir.
Bu yerdə adamın yolunu bir sual kəsir, hamı kütlədən şikayət edirsə, bəs kütlə kimdir, yaxud nədir, haradadır, onun neçə yaşı var?
Cavab bizi qane edəcək, ya etməyəcək, bunu son göstərəcək. Amma kütləni və özümüzü daha yaxından tanımaq istəyiriksə, yazını sonadək oxuyaq.
Əziz dost, kütlə göydən düşmür, heç vaxt da düşməyib. Vallah o bizim içimizdən çıxır. Yaranışdan onun sadə bir diaqnozu var və indiyə qədər də dəyişməyib. Kütlə öz fikri olmayanların toplusudur.
Kütlə düşünə bimir, araşdırmır, dəqiqləşdirmək marağında deyil, di gəl ki, reaksiya verir,........
