menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ən çox qarşılaşılan ünsiyyət maneələri və həlli yolları

21 0
31.08.2026

Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;

Ən çox qarşılaşılan ünsiyyət maneələri və həlli yolları

Ünsiyyət insan həyatının əsas dayaqlarından biridir. Biz düşüncələrimizi, hisslərimizi və ehtiyaclarımızı məhz ünsiyyət vasitəsilə ifadə edirik. Sağlam ünsiyyət münasibətlərin inkişafına, psixoloji rifahın möhkəmlənməsinə və qarşılıqlı anlaşmaya xidmət edir. Lakin gündəlik həyatda müxtəlif ünsiyyət maneələri ilə qarşılaşmaq mümkündür. Bu maneələr vaxtında aradan qaldırılmadıqda şəxsi münasibətlərdə gərginlik yaradır, həm də insanın sosial və psixoloji inkişafına mənfi təsir göstərir.

Ən cox rast gəlinən ünsiyyət maneələri

1) Empatiya çatışmazlığı

Empatiya qarşı tərəfin hisslərini anlama və onun mövqeyinə həssas yanaşma bacarığıdır. Empatiyanın olmaması insanı yalnız öz baxış bucağından danışmağa yönəldir və münasibətlərdə anlaşılmazlıq yaradır.

2) Həddindən artıq müdaxilə və ya susmaq

Ünsiyyətdə balansın pozulması həm çox danışmaq, həm də tam susmaqla müşahidə oluna bilər. Müdaxiləçi üslub dialoqu qarşılıqlı anlaşmadan uzaqlaşdırır, susmaq isə tərəflər arasında emosional məsafə yaradır.

3) Fikirlərin aydın ifadə olunmaması

Düşüncələrin qeyri-dəqiq, dolaşıq və ya çoxmənalı ifadəsi qarışıqlıq yaradır. Bu, mesajın düzgün anlaşılmasına mane olur və........

© Dikgazete.com