We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

30 iyun fəadakarlığın, sədaqətin, ülviyyətin günüdür! - Əntiqə Rəşid yazır

3 0 15
30.06.2020

Bütün dövrlərdə, bütün gənc qızlar həmişə "ağ atlı oğlan”ı gözləyib. "Ağ atlı oğlan”ın onun uğrunda "div”lərlə döyüşəcəyinə, onun üçün əziyyətlərə qatlaşacağına və nəhayət sonunda onu "div”lərin əlindən alacağına, sonra da atının tərkinə alıb uzaqlara aparacağına inanıb. Bilmirəm nədən bu belədi, amma vallah belədi. Bəzən düşünürəm ki, bunun məktəb illərimizlə çox bağılığı var. Məsələn, o vaxt biz dərsdən əlavə "qrup”da qalardıq. Yəni qrup müəlliminin rəhbərliyi ilə evə verilən dərsləri hazırlayardıq, yazılarımızı yazardıq.

Yorulub əldən düşəndə isə qrup müəllimimiz bizə nağıl oxuyardı. Bir ili (Onda 6-cı sinifdə oxuyurduq) qrup müəlliməmiz başqa sinfin rəhbəri olan Validə müəllim oldu. Nağılları onsuzda 4-cü, 5-ci siniflərdə qrupa gedəndə Xuraman müəllimə bizə sevdirmişdi. Amma Validə müəllim o nağılları elə sakit-sakit, rəvan səslə oxuyardı ki, uşaqların bir çoxunu yuxu tutar, başını partaya qoyub yatardılar. Bir dəfə qabaq sıralarda oturmuş məni də yuxu tutdu. Yəqin ki, həmişə nağıla diqqətlə qulaq asmışam deyə, Validə müəllim dinləyicisini "itirməmək” üçün səsini ucaltdı:” Qızın qaşları arasından bir ox çıxıb dəydi oğlanın ürəyinə”. Yuxunun içindən dik sıçradım, qaranəfəs:” Müəllim, oğlan öldü?-deyə kədərlə soruşdum. Sinifi gülüşmə götürdü. Mən hələ də tam ayılmamışdım, deyə hələ müəllimin cavabını gözləyirəm. Müəllim yəqin ki, "şok”umu hiss etdi ki, məni sakitləşdirdi:” Ölmədi. Narahat olma, yüngülvari yaralandı”. Sinif yoldaşlarımın növbəti gülüş dalğası məni lap oyatdı.... Həəə, doğrudan eyy, qaşın arasından çıxan "ox” oğlanı ancaq "yüngülvari yaralaya” bilərdi.

Nəisə, mətləbdən uzaqlaşmayaq..

.Nağıllar həmişə bizə sevginin ülviliyini, fədakarlığını, aliliyini təlqin edib, körpəliyimizdən düz real həyatda ciddi addımlar atana qədər.

İllər keçdi, məktəbə "əlvida” dedik, ciddi həyata, ciddi addımlar atmağın vaxtıydı. Bax, elə o ərəfədə qanlı 1990-cı il 20 yanvar faciəsi baş verdi. Necə yaraşıqlı, boylu- buxunlu, bir elin dayağı olan gənclərimiz özlərindən dəfələrlə güclü olan,........

© Ədalət