Uşaqların azalmağında nəqliyyatın və artistlərin
Azərbaycanda əhali artımının ildən-ilə aşağı düşdüyünü bilirsiniz, statistika yazmağıma da heç bir ehtiyac yoxdur. Bunu canlı müşahidə eləyirik – uşaqlar azalır. Qabaqlar əgər 5, 6, 7 və daha çox uşağı olan ailələr adi hal idisə, indi hətta 3 uşaqlı ailəyə camaat fövqəladə hadisə kimi baxır. Səbəb təkcə uşaq pulu verilməməsidirmi? Məncə, yox.
Bütün saytlar 81 yaşlı tanınmış xalq artistimizin 3-cü dəfə evləndiyini yazmışdılar. Xalqımız xəbərdən sevinmişdi, çünki sənətkarın indiyəcən artıq 3-4 övladı olmalıdır, deməli xalq artisti xalqın artımına növbəti töhfələrini vermək fikrindəydi.
Özü də xalq artistinin övladlarının da xalq artisti olmaq ehtimalı böyükdür (bizdə adətən belə olur), nəticədə tək demoqrafiyamız yox, incəsənətimiz də inkişaf edəcəkdi. Lakin pisniyyət jurnalistlər mövzunu dilə-dişə saldılar, axırda xalq artisti evlənmək xəbərini təkzib etdi. Hətta deyir bu dezinformasiyanı yayanları məhkəməyə........
