Amazonlar məktəbi
“Meymun baxar güzgüyə, adını qoyar özgəyə”
(Azərbaycan ata sözü)
Yasamaldakı 225 nömrəli məktəb ətrafındakı hadisələr bizim cəmiyyət olaraq natamamlığımızın növbəti təzahürüdür. Faktlar bunu göstərir.
Orda əvvəlcə bir şagird 4-cü qatdan düşüb ölür. Məlum deyil, bu hadisə intihardır, təsadüfdür, yoxsa qəsddir, ancaq öncədən kimlərsə sanki hazırlıq aparır. Uşağın anasını qatarın vurduğunu, atasının psixi xəstə olmasını və sairə şəxsi məlumatları paylaşırlar. Heç o da bilinmir ki, ana hansı şəraitdə həlak olub. Bəlkə o da intihar edibmiş? Ya hansısa məişət zorakılığının qurbanıymış?
Sonra hadisəni “işıqlandırmağa” gedən jurnalistləri məktəbin həyətində it sürütməsi edirlər. Burda da vəziyyət yetərincə dolaşıqdır. Bilinmir, dava konkret nəyin üstündə düşüb, döyülənlərin, döyənlərin kimliyi qeyri-müəyyəndir, hər ağızdan bir avaz gəlir. Cəmiyyət də bu naməlumluq səbəbindən iki hissəyə ayrılıb. Bir qisim deyir, yaxşı eləyib döyüblər, jurnalist........
