Avropanın sevimli “Corciya”sı yenidən “Qruziya”y
Dəmirin toz edildiyi, Daşdəmirin yumşaldığı dünyada qonşu Gürcüstanın başına gələnlər çox da təəccüblü deyil, ancaq bu dövlətin Abxaziyaya yanacaq tədarük etməsi çoxları üçün heyrətamizdir.
Qonşu ölkədə siyasi qalmaqal yaranması bu üzdəndir. Son 33 ildə ilk dəfə Tiflisdən Suxumiyə 300 ton benzin göndərilib.
Bilənlər bilir, bilməyənlər üçün qeyd edək ki, ermənilərin Xankəndidə formalaşdırdığı “DQR” Bakı üçün nə idisə, abxazların da Suxumidə elan etdikləri “müstəqil respublika” da Tiflis üçün odur. Qarabağ ermənilərinin arxasında Ermənistan və Rusiya dururdusa, abxazların arxasında Rusiya dururdu və durur.
Arada qanlı müharibə olub, faciəvi hadisələr baş verib, hər iki tərəfdən mülki insanlar öz ev-eşiklərindən didərgin düşüb. Bir sözlə, abxazlar və gürcülərin 33 ildir ki, bir-biriylə düşmənçilik münasibətindədir. Abxaziya heç vəchlə yenidən Gürcüstanın tərkibində olmaq istəmir.
Ona görə də birdən-birə Gürcüstandan separatçı Abxaziyaya 300 ton benzin göndərilməsi sıradışı hadisədir.
Bunu humanitar yardım saymaq olarmı? Müəyyən mənada, bəli. Çünki indiyədək yanacağını Rusyadan alan abxazlar artıq bu imkandan məhrum olublar – Rusiyanın özündə belə görünməmiş yanacaq qıtlığı var.
Ancaq Gürcüstan hökuməti iddia edir ki, bu, özəl şirkətin həyata keçirdiyi biznes alqı-satqısıdır, hökumətin bu ticarətdən xəbəri........
