Böyük ürək sahibi olan sadə kəndlilər və tanınmı
O, bir el sənətkarıdır, Azərbaycanın kifayət qədər tanınmış xanəndələrindəndir, geniş səs diapazonuna və özünəməxsus ifa tərzinə malik sənətkarlardandır, mahir muğam və mahnı ifaçılarındandır. Bu ilin fevral ayında 75 yaşı tamam oldu, amma indiyədək heç zaman şöhrət ardınca yürüməyib, efirlərə də nadir hallarda çıxır. Hesab edir ki, sənətkar həm də özünün sambalını, çəkisini qorumalı, özünə rəğbətlə sənətinə hörmət arasında balans yaratmağı bacarmalıdır. Adının qarşısında hər hansı fəxr ad olmasa da, onu çoxu tanıyır. Söhbət Xanhüseyn Hüseynovdan gedir.
Bir neçə gündür onun haqqında mediada yazılır. Mən də yaxından tanıdığım və son təşəbbüsündən kifayət qədər məlumatlı olduğum üçün yazmağı özümə borc bildim. Həm də Xanhüseyn müəllimin timsalında bir kəndin, bir elin gözəl bir nümunəsindən bəhs etmək istəyirəm...
Əvvəlcə qeyd edim ki, muğam sənətini sevənlər Xanhüseyn Hüseynovun özünəməxsus “Çahargah” və “Segah”ını unutmayıb. Düzdür, bu sənət inciləri Qızıl Fondda yoxdur və buna görə çox təəssüflənir, həmçinin edə bilmədiklərinə görə kədərlənir. Təsəvvür edin ki, vaxtilə bir toy məclisində gecədən səhər açılanadək sənətkara 4 dəfə “Çahargah” oxutdurublar. Gecə saat 4-də! Deyir, kaş o zaman səsinin qədrini bilərdi... Onun ifasında təsniflər bir başqa idi...
Mən ilk dəfə Xanhüseyn Hüseynovu əmimin toyunda görmüşdüm. İşıqlar sönsə də, mikrofonsuz elə oxuyurdu, səsi dağlara yayılırdı. Belə sehirli səs sahibidir Xanhüseyn müəllim. 80-ci illərin sonlarında televiziyada “Ya nəsib, ya qismət”ini (“Səadət”) dinləmişdim. “O qara gözlərinin qəmzəsi yandırdı məni” dillər əzbəri idi. “Sən şamsan əgər”, “Mədinə” kimi mahnılar da onun kimi...Yadımdadır, toy məclislərinə qonşu kəndlərdən hətta çağırılmayan qonaqlar axışırdılar ki, orada Xanhüseyn Hüseynov oxuyacaq deyə...El sənətkara belə dəyər verirdi. O zaman toylar nəinki bir axşam, azı iki gün davam edirdi, bəzən bir neçə gün də çəkirdi. Özü də sənətkar heç zaman toy sahibinə qoymət oxumazdı, buna heç ehtiyacı da yox idi, “şabaş” sel kimi ələnərdi...Amma gözütox insan olub hər zaman Xanhüseyn müəllim, toyda yığılanları bütün musiqiçilər arasında bərabər bölüşdürməyi tövsiyə edərdi.
Xanhüseyn Hüseynov əslən bizim kəndin qonşuluğunda yerləşən, Lerik rayonunun Gendov kəndindəndir. Ona görə də ad-sanı barədə eşidəndə hər zaman fəxr etmişik ki,........
