“Türkiyə burada yoxdursa, mən varam” deyən lider
Hər gün düşünürük ki, yəqin keçib gedəcək, Azərbaycanın daxili işlərinə müdaxilə edənlər kiriyəcək, ağaları “dur” deyəcək, görürük yox, daha da azğınlaşırlar, üstümüzə gəlməkdə davam edirlər! Hər gün neçə-neçə məktəbin yanından keçib gedirik: hər işlər yolunda, şagirdlər, müəllimlər ənənəvi dərslərində, məktəblərin qarşısında nə gərginlik var, nə qovğa, davamiyyət də öz yerində. İlk bir neçə gün ərzində yaşananlar artıq geridə qalıb. Bir çoxları başa düşdülər ki, məsələ iddia olunduğu kimi deyil, Azərbaycanda olmayan “hicab qadağası” iddiası ilə ölkəmizi qaranlığa sürükləmək istəyən qüvvələr, paytaxtlar var və ondan sonra bir sıra müəllimələrimiz nümayişkaranə şəkildə hicabdan imtina etdilər.
Onlar 21-ci əsrin sevilləridir, sağ olsunlar, ölkəmizdə təfriqə salmağa çalışan qüvvələrə alət olmaq istəmədilər, Vətən, dövlət və işıqlı gələcəyimiz naminə vahid məktəbli geyiminin tətbiqi barədə Nazirlər Kabinetinin qərarına əməl edirlər! Bəzi tərəddüddə olanlar da zamanla ən doğru yolu seçəcəklər, buna şübhəmiz yoxdur! Sakit şəkildə düşünüb görəcəklər ki, bayrağında İslamın rəmzi olan, saysız-hesabsız məscidlər tikilən, Prezidenti Qurani-Kərimə and içib fəaliyyətə başlayan, dini tolerantlığın nümunəsi olan Azərbaycanda dinimizə qarşı hər hansı fəaliyyət, qərar, qanun yoxdur! Xaricdən ölkəmizə ixrac edilənlərin isə nə dinə aidiyyəti var, nə də dinsizliyə! Bu, sadəcə xəyanətdir, ölkəmizin təməllərini sarsıtmağa xidmət edən plandır! Uzun illər ərzində Azərbaycanda çevrilişlər həyata keçirməyə çalışanlar, paytaxtımızın bir hissəsində belə, öz maraqlarını təmin etmək üçün vətəndaşlarımızdan da istifadə etməyə nail olanlar, müstəqil dövlətimizi özlərinin bir hissəsi sayanlar gördülər ki, yox, heç nəyə nail ola bilmədilər, Azərbaycan dövləti bütün planların qarşısını aldı, dövlətin təhlükəsizliyinə və asayişə cavabdeh qurumlar daim ayaq üstə, ayıq-sayıqdır, “B” planını işə saldılar.
Azərbaycan ərazilərinin işğal illərində çox eksprimentləri sınaqdan keçirtdilər, amma hətta o zamanlar belə dövlətimiz xarici müdaxilələrə boyun əymədi, bütün xain əməllər ifşa edildi. İndi onlar nə yeyib, nə içirlər ki, ərazi bütövlüyünü təmin etmiş qüdrətli dövlətimizi sarsıtmaq üçün yenidən hərəkətə keçiblər?! Təəssüf doğuran bu da deyil, axı, onların dabbaqda gönünə bələdik, “kərimə dövləti” yaradanlar, Azərbaycanda da “proksi qüvvələr” təsis edib, özləri........
