ABŞ-Çin və Sİ-Enerji qarşıdurması: Görünməyən MÜHARİBƏ
Bu gün ABŞ ilə Çin arasında gedən əsas qarşıdurma Tayvan boğazında, Cənubi Çin dənizində və ya ticarət tariflərində deyil. Əsas müharibə səssizdir, server otaqlarında gedir. Bu müharibənin adı süni intellekt (Sİ) uğrundadır ki, onun gizli yanacağı da enerjidir. Sİ artıq proqramçıların və startapların oyunu deyil; o, dövlətlərin taleyini müəyyən edən strateji infrastruktura çevrilib.
ABŞ bu reallığı erkən anladı. Çin isə gecikmədən cavab verdi. Nəticədə XXI əsrin ilk böyük texnoloji bloklaşması formalaşdı:
Hesablama Gücü Enerji Sabitliyi Dövlət Nəzarəti.
ABŞ üçün süni intellekt birbaşa milli təhlükəsizlik məsələsidir. ABŞ-ın müdafiə sənayesi, kəşfiyyat qurumları və böyük texnologiya şirkətləri eyni ekosistemdə işləyir. Pentaqonun Sİ layihələri, real zaman döyüş simulyasiyaları, peyk datalarının analizi və kiber-müdafiə sistemləri böyük miqdarda fasiləsiz enerji tələb edir. ABŞ burada iki dayağa........
