26 sentyabr 2020-ci il və SABAH...
Bu gün 26 sentyabr 2026-cı ildir. Bakı küçələrində Formula 1 yarışına qatılan maşınlar şütüyür. Mühərriklərin uğultusu şəhərin səsinə qarışır, onların səsi dünyanı Bakıya çevirir.
Bu səs-küyün içində daha yüksək bir səs eşidilir, SABAHIN səsi...
26 sentyabr 2020-ci illə bizi altı il ayırır. Amma adama elə gəlir ki, bu gün yenə həmin gündür. Keçən hər gün bizi o günə daha çox yaxınlaşdırır, şəhidlərimizi daha çox sevdirir, qələbəmizi daha dərindən daddırır, Ali Baş Komandanın iradəsinin gücünü daha aydın göstərir.
Sizi bilmirəm, məni bu hisslər bürüyür.
Yadınızdadır, 26 sentyabr 2020? 26 sentyabr 2020-də, Azərbaycan müharibəyə bir gün qalmış necə yaşayırdı?
Bəlkə də yadımızda deyil, axı o gün tarixə düşəcək gün kimi başlamamışdı. Səhər açılmışdı. Hərə öz dərdində idi, kimi işə gedir, kimi uşağını məktəbə hazırlayır, kimi dostu ilə görüşür, kimi də sabah üçün plan qururdu. Azərbaycan adi bir gününü yaşayırdı. Şayiələri istisna etsək, heç nədən xəbərimiz yox idi.
Heç kim bilmirdi ki, sabah başqa sabah olacaq. Heç kim bilmirdi ki, 26 sentyabr gecəsi Azərbaycan 30 illik ağrının son gecəsini yaşayır.
Biz heç nə bilmirdik...
Sabah müharibə başlayacaqdı. Qəhrəman oğullar Vətənin müdafiəsinə atılacaqdı. Sabah anaların........
