menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

"Hədəfdə vicdanlılardır: seçim vaxtı!..- “Vicdanlı” və “vicdansız siyasətçi” kimdir?.."-I HİSSƏ

25 0
29.09.2026

Bizi sosial şəbəkələrdən izləyin:

"Vicdanlı insan prinsiplərini maddi maraqlara və ya qorxuya qurban vermir. Və bu inadkarlıq sistem üçün idarəolunmazdır.  Onların əxlaqlı davranışı ətrafdakıların və idarəçilərin mənəvi eybəcərliyini üzə çıxarır..." 

 

“Yəhudilərin müqəddəs Kitabı Tövratın ən mühüm mənəvi prinsiplərindən biri “ədalətin ardınca getmək” tələbidir...”

 

“Xristianlıq bu mənəvi xətti davam etdirərək insanın Allaha münasibətini digər insanlara münasibətindən ayırmır...”

 

“İslam dini baxımından öz tərəfinin, öz rəhbərinin, öz partiyasının, öz dövlətinin və ya öz dini-milli qrupunun haqsızlığını etiraf etmək daha çətindir. Vicdan isə məhz burada sınağa çəkilir...”

 

“İnsan öz vicdanından qaça bilərmi? Cəmiyyətdən, dövlətdən, qanundan, hətta tarixdən gizlənmək mümkündür. Amma insanın öz daxilindəki hakimdən qaçmaq nə qədər mümkündür?”

 

“ “Vicdanlı siyasətçi”, “vicdansız siyasətçi” anlayışları varmı?.. Siyasətçini vicdan baxımından qiymətləndirmək istəyiriksə, konkret davranışlara baxmaq lazımdır...”

 

"Vicdanın ən böyük düşməni bəzən vicdansızlıqdan çox qorxudur..."

 

***      ***     ****     ****

-FİKİR SAVAŞI...-

Tarix və fəlsəfə boyu vicdanlı, əxlaqlı və humanist insanların təzyiqlərə məruz qalması ən böyük paradokslardan biridir. Cəmiyyəti irəli aparmaq istəyən bu şəxslər çox vaxt mövcud sistemlər tərəfindən təhlükə kimi görülüb. Fəlsəfədə bu mövzu "ədalətli insanın qeyri-ədalətli dünyadakı taleyi" kimi araşdırılır... 

Qədim Afinanın ən vicdanlı insanı hesab olunan Sokrat, gənclərin düşüncəsini zəhərləmək ittihamı ilə ölümə məhkum edildi. Onun tək günahı insanları sorğulamağa və dürüstlüyə səsləmək idi...

Platon qeyd edir ki, zülmətdən (cahillikdən) qurtulub işığı (həqiqəti) görən və geri qayıdıb digərlərini xilas etmək istəyən insanı mağaradakılar dəli hesab edər və öldürərlər...

İbrahim peyğəmbər əleyhissəlam bütləri inkar etdiyi üçün oda atıldı...

İmam Hüseyn əleyhissəlam ədalətsiz Yezid hakimiyyətinə qarşı çıxdığı üçün qətıə yetirildi...

Nikolo Makiavelli yazırdı ki, tamamilə mənəviyyatlı olmağa çalışan insan, mənəviyyatsızların çoxluq təşkil etdiyi dünyada mütləq məhvə məhkumdur...

Tarixən totalitar rejimlər, fanatik dini qruplar və avtoritar güclər ilk növbədə vicdanın səsini boğmağa çalışıblar....

Cordano Bruno fikirlərindən dönmədiyi üçün tonqalda yandırıldı. Qaliley fərqli həqiqəti müdafiə etdiyi üçün ömürlük ev dustaqlığına məhkum edildi... 

Nəsimi Allah və insan haqqında bildiyi gerçəkləri dediyi, təbliğ etdiyi üçün dərisi soyuldu...

Totalitar rejimlər (məsələn, 1930-cu illərin Azərbaycanda da baş vermiş Stalin repressiyaları) ilk növbədə müstəqil düşünən, vicdanlı ziyalıları, yazıçıları və humanistləri hədəf alıb. Çünki vicdanlı insanı manipulyasiya etmək qeyri-mümkündür...
 
Çağdaş dünyada da hansısa ölkənin mövcud ədalətsiz sistemindən qidalanan güclər vicdanlı səslərin kütlələri oyatmasından qorxurlar. Çünki vicdanlı insan prinsiplərini maddi maraqlara və ya qorxuya qurban vermir. Və bu inadkarlıq sistem üçün idarəolunmazdır.  Onların əxlaqlı davranışı ətrafdakıların və idarəçilərin mənəvi eybəcərliyini üzə çıxarır. Vicdansız məxluqlar isə öz pisliklərini xatırladan bu mənəvi güzgünü sındırmaq istəyirlər...

 

Vicdan nədir və niyə vicdanlı adam həmişə “narahat adam”dır?..

 

 Vicdan nə deməkdir?..

 

Bilməyənlər, bu haqda düşünmək istəməyənlər, xüsusilə də vicdanın nə olduğunu bilməyən, çıxışlarının məntiqi ilə vicdansız olduqlarını isbatlayan din xadimləri, deputat və siyasətçilər üçün zəruri arayış:

 

Vicdan insanın daxilindəki görünməz tərəzidir. O tərəzinin nə polisi var, nə mühafizəçisi, nə də........

© Moderator