We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Vaşinqton-Moskva qarşıdurması dərinləşir - Xaqani Cəfərlinin şərhi

3 0 1
25.02.2021

Onlayn formatda keçirilmiş Münxen Təhlükəsizlik Konfransına qatılan ABŞ prezidenti Co Baydenin çıxışında ən diqqətçəkən məqam Rusiyanı NATO-nu zəiflətməyə çalışmaqda ittiham etməsi və Şimali Atlantika Alyansının Nizamnaməsinin 5-ci maddəsinə ölkəsinin sadiqliyini açıqlaması oldu.

Məlum olduğu kimi, Alyansın Nizamnaməsinin 5-ci maddəsi təşkilata üzv ölkələrin silahlı hücuma məruz qalan üzv ölkəyə kömək etməsi öhdəliyini nəzərdə tutur. Sabiq prezident Donald Tramp dəfələrlə bu öhdəliyə ciddi yanaşmadığını nümayiş etdirmiş və bununla da Alyansın mövcudluğunun zəruriliyini şübhə altına almışdı. ABŞ-ın NATO Nizamnaməsinin 5-ci maddəsinə riayət etməyəcəyi halda Alyansa üzv ölkələrin təhlükəsizliklə bağlı ciddi qayğıları yaranmışdı. Sələfindən fərqli siyasət yürüdəcəyini dəfələrlə bəyan edən Co Baydenin Şimali Atlantika Alyansının Nizamnaməsinin 5-ci maddəsinə ölkəsinin sadiqliyini bəyan etməsi müttəfiqlərinin narahatlıqlarını aradan qaldırmaqla yanaşı, Rusiyaya yönəlmiş xəbərdarlıq kimi də qəbul olunur. Təsadüfi deyil ki, Co Baydenin bu çıxışından dərhal sonra NATO-nun baş katibi Yens Stoltenberq bəyan etdi ki, əgər Rusiya toqquşma istəyirsə, biz buna hazırıq. Bu, Rusiyaya verilmiş çox açıq mesaj olmaqla yanaşı, NATO rəhbərliyinin Co Baydenin çıxışından........

© 525-ci Qəzet


Get it on Google Play