We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Dəniz quldurluğu və onun tarixçəsi - Telman Orucov yazır

3 0 0
13.07.2020

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə sayımızda)

Daxili siyasət də, cəza sistemi də humanist məqsədlərə, insanın aliliyinə xələl gətirməməyə, cəmiyyətdəki atmosferin daha da saflaşmasına xidmət etməlidir. Daxili siyasət pozğunluğa, korrupsiyaya, rüşvətxorluğa əsaslanmamalı, onların ləğv edilməsinə həsr olunan mübarizəyə arxalanmalı, bunu əsl bir hədəf kimi seçməlidir. Dövlət öz prinsiplərində böyük filosof Volterin (1694-1778-ci illər) dediyi “Allahın altında bütün insanlar qardaşdır” şüarını rəhbər tutmalı və onun mahiyyətinin bərqərar olmasına çalışmalıdır. Onun təkrarən bəyan etdiyi “İyrənc şeyləri məhv et!” çağırışı bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. O, bu gün də bizim rastlaşdığımız dini fanatizmi, başqasına qarşı dözümsüzlüyü və xurafatı iyrənc şeylər hesab edirdi. Əsrlər keçsə də, insanlar hələ də radikal dindarlıqdan, xurafatdan uzaqlaşa bilmir, başqalarına qarşı eybəcər dözümsüzlük nümayiş etdirirlər. İqtisadi inkişafa nail olmaq mümkündür, lakin mənəviyyat ona dəyən zərbələrdən əziyyət çəkirsə, sağalmırsa, bu, bütünlükdə cəmiyyətin xəstə olmasından xəbər verir.

Dəniz quldurluğu və onun tarixçəsi

Dəniz quldurluğundan ən azı XIII əsrdən başlayaraq istifadə edilməyə başlanmışdır. Bu məqsəd dənizdə həm adamların, həm də gəmilərin bilavasitə tətbiqi ilə həyata keçirilirdi. Dövlət hakimiyyəti isə müəyyən dənizçilərə kapyor şəhadətnaməsi - “cavab zərbəsi” vurmaq barədə rəsmi sənəd verirdi. Bu da dəniz quldurluğuna leqal fəaliyyət qiyafəsi geyindirirdi. Ölkələr bəzi vaxtlarda iqtisadi cəhətdən zəifləyən öz düşmənlərinə bu strategiyadan istifadə etməklə, onları məcbur edirdi ki, dəniz yollarında üzən gəmilərini himayə etmək üçün eskadralardan istifadə etsinlər. XVII və XVIII əsrlərdə dəniz quldurlarının gəmiləri başlıca dövlətlərin donanmalarının bir hissəsini təşkil edirdi. Əsir götürülən gəmilərdən alınan qənimətin mənfəəti kapitan, gəmi komandası, gəminin sahibi və kontrakt bağlayan ölkənin hökuməti arasında bölünürdü.

Dəniz quldurlarının yarısından çoxu Britaniya tacının himayəsi altında əməliyyat aparırdı, həm də İspaniya, Fransa, Niderland və bəzi Latın Amerikası ölkələri bu praktikadan istifadə edirdi. İngilis Frensis Dreyk nümunəvi dəniz qulduru olmaqla, bəlkə də, tarixdə dəniz quldurluğunun simvolu idi. O, hərtərəfli bir şəxsiyyət idi, müxtəlif vaxtlarda coğrafi tədqiqatla məşğul olmuş, Magellandan sonra dünya ətrafına səyahət etmiş, həmçinin, qul da olmuş, şöhrəti təriflənən bir adam, gur səslənən dənizçi, siyasətçi və ingilis hərbi-dəniz qüvvələrinin admiralı kimi tanınmışdı. O, Britaniya taxt-tacına əvəzsiz xidmət........

© 525-ci Qəzet


Get it on Google Play