We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Haqq savaşında bizimlə olun!.. - Təranə Paşayevadan müraciət

3 0 0
02.11.2020

Hörmətli həmkarlar!
Bu gün bütün dünya ictimaiyyətinə bəllidir ki, 30 il ərzində Azərbaycan xalqı və ona məxsus torpaqlar təcavüzkar Ermənistan Respublikası tərəfindən davamlı hərbi təzyiqlərə məruz qalmışdır. Müharibə şəraitində yaşayan azərbaycanlılar məhz etnik mənsubiyyətlərinə görə tarixi, dədə-baba torpaqlarından qovulmuş, qaçqın-didərgin vəziyyətinə salınmış, öldürülmüş, şəhid edilmiş, əsir götürülmüşlər.

Ermənilər tərəfindən tarixdə misli görünməmiş Xocalı qətliamı törədilmişdir. Dağlıq Qarabağ və ona bitişik, münaqişə ərazisinə heç bir aidiyyatı olmayan, Azərbaycan Respublikasına məxsus 7 rayonda evlər, məktəblər, xəstəxanalar, tarix və mədəniyyət abidələri darmadağın edilmişdir. Həmin ərazilərdən bir milyon sayda əhali didərgin düşmüş, Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal edilmişdir.

Azərbaycana qarşı törədilən vandallıq və bu antiinsani hərəkətlərin 30 il ərzində ara vermədən davam etməsi insanlarda dərin psixoloji sarsıntıların yaranmasına və bu sarsıntının dərinləşməsinə səbəb olmuşdur. Lakin Azərbaycan xalqı özünün milli-mənəvi potensialından güc alaraq işğal olunmuş torpaqlarına danışıqlar və sülh yolu ilə nail olmaq üçün onilliklər ərzində bütün dünyanın gözü qarşısında səbr və dözüm nümayiş etdirmişdir.

Azərbaycan dövləti tərəfindən edilən cəhdlərə baxmayaraq, terrorçu erməni ordusu işğal olunmuş ərazilərimizdən çəkilməmiş, əksinə arasıkəsilmədən Azərbaycan coğrafiyasının yeni məntəqələrini atəşə tutmuş, tələfatlar, kütləvi qırğınlar törətmişlər.

2020-ci ilin iyul........

© 525-ci Qəzet


Get it on Google Play