We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əli Kərimli yenidən tarixi təhrif etməyə çalışır

4 0 0
04.09.2019

1992-93-cü illərdə cəbhədə döyüşəsi silahlı qrupların AXC-“Müsavat” rəhbərləri tərəfindən Bakıya gətirilməsi və vəzifə davasında rol alması nəticəsində cəbhə müdafiəsiz qaldı və erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular
Xalqdan dəstək ala bilməyən, xarici ermənipərəst mərkəzlərə xidmət göstərən radikal müxalifət düşərgəsi yenidən öz yalanları, böhtanları ilə gündəmə gəlməyə çalışır. Vurğulamaq lazımdır ki, hələ 1992-ci ildə çevriliş yolu ilə hakimiyyəti zəbt etmiş AXC-“Müsavat” hakimiyyətinin ölkəmizə vurduğu ziyan, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edilməsində oynadığı “rol” hər kəsin yaddaşındadır. Təbii ki, yaxın keçmişdə, cəmisi 26 il öncə baş verənləri təhrif etməyə çalışan AXCP sədri Əli Kərimli öz yalan iddiaları ilə yenidən özünü gülünc vəziyyətə salmaqdadır.
Qeyd edək ki, Əli Kərimli son vaxtlar sosial şəbəkələrdə yenidən yaxın tariximizi təhrif edərək guya Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olduğunu iddia etməyə başlayıb. Təbii ki, bu iddiaların yalan olduğunu Əli Kərimli özü də bilir. Sadəcə olaraq, o günlərin “unudulduğunu” zənn edən AXCP sədri bu yalanları ilə siyasi dividend qazanmağa çalışır.
Vurğulanmalıdır ki, çox da uzaq olmayan o illərin canlı şahidləri yaxşı xatırlayırlar ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Heydər Əliyev........

© Yeni Azərbaycan