"Neftçi"də çatışmayan nədir?
“Sabah”ın “Turan Tovuz”a 2:3 hesabıyla məğlub olmasından sonra liderlik uğrunda mübarizə qızışmışdı. Son çempionu liderlik taxtından salmaq üçün “Qarabağ”la “Neftçi”nin taleyi öz əlində idi. Xüsusilə də “Qarabağ”ın üzərinə düşən tapşırıq o qədər də çətin görünmürdü. “Qəbələ”ni məğlub etmək birinci pilləni ələ keçirmək üçün kifayət edəcəkdi. Amma “köhlən atlar” bunu bacarmadılar və qarşılaşma qolsuz heç-heçə bitdi. Belədə “Neftçi” üçün əla fürsət yarandı.
“Neftçi” də bu tur səfərə yollanmışdı və “Qarabağ”a nisbətən onun rəqibi daha çətin görünürdü. “Şamaxı” Premyer Liqanın ən çətin komandalarından sayılır. Xüsusən də öz meydanında oynayanda bu komandanı üstələmək heç də asan olmur. Azər Bağırovun gəlişindən sonra “Şamaxı” gücünə güc qatıb, sözün əsl mənasında möhkəm ortababa çevrilib.........
