Səhv tikilən metro
Yeganə ümidimiz metroya idi, ancaq indi məlum oldu ki, onu da səhv tikiblərmiş. Rəsmi açıqlamalara görə hal-qəziyyə belədir.
Yəqin məlumatınız var, metro idarəsi 12 avqustdan “28 May”-“Nizami” tunelini bağladığını, əvəzində 11-12 aya təzə və özü də 2 dənə tunel qazacağını açıqlamışdır. Təbii ki, biz belə vədləri adətən eşidirik, ancaq inanmırıq. Çünki ortada “gözü çıxan qardaş” var: müstəqillik dövrümüzdə Bakı metrosunun genişlənməsi, yeni stansiyaların qazılacağı barədə saysız vədlər eşitsək də, ortalıqda bir zad yoxdur. İvan Krılovun bir təmsilində deyilən kimi, araba indi də ordadır. Oxumayanlar varsa, həmin təmsilin qısa süjetini yazıram: Qu quşu, Xərçəng və Balıq arabanı harasa aparmalıdır. Lakin hərə bir yana dartdığı üçün araba yerindən........
