Axırıncı manat haqqında müsahibə
Bir dəfə, qədim zamanlarda radikal dini terrorçular Zaqatalada polisə basqın eləmişdilər, bu münasibətlə qəzetə açıqlama verən nadir ekspertimiz söyləmişdi:
“Hal-hazırda quldurlar ya rayon ərazisində gizlənir, ya da rayonu tərk etmişlər”. Həqiqətən, mükəmməl analiz idi. Bunu fikirləşib tapmaq üçün sayın ekspert bir həftə özünə qapanmışdı, hətta deyirdilər qulağını da təmizləmirmiş ki, birdən fikirlər uçub getməsin.
Ancaq indi belə ekspertlər, jurnalistlər, politoloqlar çoxdur, maşallah. Məsələn, görürsən açıqlama partladıblar: “Bu gecə Tramp İranı vuracaq. Lakin vurmaya da bilər”. Ən son olaraq şanlı futbol ekspertlərimizdən birinin izahatını sayın oxucularımızdan Ruslan bəy tapıb, mənə yollamışdır. Orada mütəxəssis deyir: “Əgər “Qarabağ” Sofiyada da Bakıdakı kimi oynasa, CSKA klubuna qalib gələ bilməyəcək”. Sözgəlişi, bu mövzunun, yəni, “dünənki kimi olacaq” söhbətinin yaxşı bir lətifəsi də var.........
