menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Sui-qəsdə uğramış ABŞ prezidentləri – onları gül

21 0
27.04.2026

İndiyə qədər ABŞ prezidentlərinə qarşı 7 ciddi, böyük qalmaqala və ağır nəticələrə səbəb olan sui-qəsd cəhdi olub.

Sui-qəsdə məruz qalan prezidentlər və prezidentliyə namizədələr aşağıdakılardır: Avraam Linkoln (16-cı prezident), Ceyms Qarfild (20-ci), Uilyam Makkinli (25-ci), Teodor Ruzvelt (26-cı), Con Kennedi 35-ci, Robert Kennedi (37-ci prezident olmağa əsas namizəd), Ronald Reyqan (40-cı), Donald Tramp (45-47-ci).

Onlardan Teodor Ruzvelt, Ronald Reyqan və Donald Tramp sağ qalıblar. O biri sui-qəsdlərdə hücumçular məqsədlərinə çatıblar.

A.Linkolna qarşı sui-qəsd cəhdi 14 aprel 1865-ci ildə Vaşinqtondakı Ford teatrında baş verib. Prezident həyat yoldaşı və dostları ilə birlikdə "Amerikalı əmioğlumuz" tamaşasına baxmağa gəlib. Tamaşa zamanı 26 yaşlı aktyor Con Uilks But prezident lojasına yaxnlaşıb və Linkolnun başına atəş açıb. Siyasətçi ertəsi gün, 15 aprel 1865-ci ildə aldığı yaralardan ölüb. Polislər anbarda gizlənən qatili çıxarmaq üçün tikilini yandırıblar, o, bayıra çıxıb və güllələnib.

Cəmi dörd ay prezident olan Ceyms Qarfildə qarşı sui-qəsd cəhdi 2 iyul 1881-ci ildə Vaşinqtonda, bir qatar stansiyasında baş verib. Ailəsi ilə birlikdə Nyu-Cersidə tətil etməyi planlaşdıran Qarfild, israrlı şəkildə konsul vəzifəsi tutmaq istəyən siyasətçi və vəkil Şarl Qitonun hücumuna məruz qalıb. O, prezidentə iki dəfə atəş açıb. Güllə Qarfildin həyati orqanlarına dəyməsə də, həkimlər gülləni əlcək və dezinfeksiya olmadan çıxardıqları üçün president iki ay yarım sonra, 19 sentyabr 1881-ci ildə qan zəhərlənməsindən ölüb. Qatil Qito psixi pozğunluqdan əziyyət məksə də, onu 30 iyun 1882-ci ildə edam ediblər.

Uilyam Makkinliyə qarşı sui-qəsd cəhdi 6 sentyabr 1901-ci ildə Nyu-Yorkun Buffalo şəhərində........

© Müsavat