Bir zamanların “pulsuz vəkil”lərinə nifrət
Türk ellərində bir məşhur kəlam var, deyir: “Doğru danışanı doqquz kənddən qovarlar”.
Amma bu, keçmiş dövrlərdə olub, indi doğru danışanı doqquz kənddən qovmurlar, eləcə, birinci kənddə dediklərinə təkzib verdirirlər, söhbət bağlanır.
Hazırda “desəm öldürərlər, deməsəm, ölləm” ritorikası da əhəmiyyətini itirib. Desən, öldürmürlər, deməsən də, ölmürsən. Birinci halda yüngülvarı problem yaradırlar, ikinci halda problem öz yerində qalır, sən də uzağı həkimə gedib çek-ap etdirirsən.
Günümüzdə bir-birilə birbaşa əlaqəsi olmayan, amma dolayısı ilə əlaqəli iki hadisə oldu, qədirbilən xalqımız mənzərəni xeyli ləzzətlə izlədi, ürəkdən tikan çıxarırmış kimi şərhlər yazdı.
Biri Aqil müəllim məsələsi, o biri növbəti dəfə jurnalistin döyülməsiydi.
Bu olaylara şərh yazan ictimai-siyasi fəallarımızın (bu xalqı irəliyə onlar aparacaq) mövqeyi əsasən belə oldu: “Əcəb olub! Onlara bu da azdır. Yaxşı elədilər”.
Nə əcəb oldu? Heç də yaxşı olmadı.
Bir həftənin içində iki jurnalisti öz peşə fəaliyyəti ilə məşğul olarkən döyüblər, işləməsinə mane olublar, xalqa məlumat çatdırmasını əngəlləyiblər, xalq da deyir, yaxşı........
