“Neftçi”yə azarkeşlikdən niyə imtina etdim?
Hiss olunur ki, məhz klubun “pley-off” qarşılaşmalarına hazırlığı “Qarabağ”ı “taxtdan yıxmaq istəyənlər” üçün fürsət kimi görünür
Son aylar futboldan söz düşəndə “Qarabağ”a azarkeşlikdən “Neftçi”yə keçəcəyimi demişdim. Bunun xüsusi səbəbləri haqda danışmayacağam, amma qərarımın özüm üçün ciddiyyətini anlamaq üçün öncə “Neftçi”nin bu mövsümdəki çox bəyəndiyim yeni formasını haradan əldə edə biləcəyimlə maraqlandım. “İnşaatçılar” metrosu həndəvərində bir ünvan dedilər. Amma oradan öyrəndim ki, ümumiyyətlə, şəhərdə klub komandalarının orijinal formaları satılmır. Bu isə formaların sifarişini yerinə yetirən gərək ki, “Adidas”ın Bakıdakı nümayəndəliyinin qadağasıdır, hətta “dublikat”ının satışı belə külli miqdarda cərimə cəzası ola bilər və sairə. İddialar nə dərəcədə doğrudur bilmirəm, hər halda “Neftçi”nin formasını o gündən axtarmağı dayandırdım…
“Neftçi” bizim uşaqlığımızın klubudur. Hansı ki, SSRİ çempionatında uduzanda çox üzülər, qələbə qazananda isə sevincimizin həddi-hüdudu olmazdı. Az qala hər məhəllənin öz Ponomaryovu (İqor), Maşallahı (Əhmədov), İsgəndəri (Cavadov), hətta Səmədi (Qurbanov) vardı.
Hamı onu da bilir ki, o zamanlar (mən 80-ci illərin əvvəlini deyirəm) “Ararat”la oyunlar bir başqa həngamə olardı. Bakıda və ya İrəvanda........
