Nə üçün insanlar intihar edir?
Psixoloq Ruhiyya Rustamova, Azerbaycan’dan yazdı;
Nə üçün insanlar intihar edir?
Əhali arasında baş verən ölümlərin səbəbləri içərisində intihar (suisid) ilk 10-luğa daxildir. İntihar edənlərin 98%-i psixi sağlamlıq cəhətdən problemlərə malikdirlər. Bəzi intihar halları bədbəxt hadisə kimi qiymətləndirilir, bəzən isə ölümün intihar və ya qəsd nəticəsində baş verdiyini müəyyən etmək mümkün olmur.
İntihar (suisidal) yönümlü hərəkətlərin bir neçə bölgüsü var: suisidal məqsədlər- intihar haqqında fikirlər, həyatdan getmək üsullarının düşünülməsi, müxtəlif hazırlıq işləri, məsələn vəsiyyətnamələrin tərtib olunması, ölümqabağı məktub yazmaq, zəhərli maddələr haqqında məlumat toplamaq suisidal intihar məqsədlərinə aid edilir. Digər intihar cəhdləri nisbətən az təhlükəli davranış formalarından, məsələn, az miqdarda dərman qəbul, həyat üçün təhlükəli olan autoaqressiv sahəni əhatə edir. Tamamlanmış intihar isə insanın həyatdan getməsi ilə əlaqədardır. İntihar məqsədi, cəhd və tamamlanmamış intiharın ümumi cəhətləri ola bilər. Suisidin sosial faktorları; eqoistik intihar- öz ortamı ilə psixoloji ünsiyyət hissini itirmiş, ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir. Anomik intihar – cəmiyyətə uyğunlaşa bilməyən, sosial inteqrasiyası pozulmuş şəxslərə aiddir. Altruistik intihar isə- öz həyatını sosial motivlər naminə qurban verənlərdir. Sadə intiharlarda insan öz həyatı ilə hesablaşmaq məqsədi ilə, genişlənmiş intihara isə az yaşlı uşağını güya əzabdan qurtarmaq üçün öldürmüş qadını(kişi) nümunə çəkmək olar. Kollektiv intiharda isə intihara üçün razılığa gəlmiş qrupları nümunə çəkmək olar. Bəzən intiharlarda dərman preparatları, kimyəvi zəhərlər, özünü asma, özünü kəsmə, hündürlükdən atılma və ya özünü hərəkət edən nəqliyyatın qarşısına atma hallarına rast gəlinir. İntiharlar bir ailənin üzvlərini hətta........
