We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Azərbaycan teleməkanına Heydər Əliyev qayğısı

7 0 0
10.05.2020

Hər bir dövlətin gücü ilk növbədə onun strateji istiqamətlərini müəyyən edən siyasi liderinə bağlıdır. Türkiyə dövlətinin müasir gücü Atatürk məktəbi ilə, Fransanın gücü De Qolla... nə qədər bağlıdırsa, Azərbaycan Respublikasının müasir inkişafı Heydər Əliyev məktəbinə bağlıdır. Ən əsası odur ki, belə bir möhtəşəm məktəb var və bu gün bu məktəbi Prezident İlham Əliyev uğurla davam etdirir.


Bu uğurlar ölkədə teleradionun inkişafı ilə də əlaqəlidir. Prezident İlham Əliyevin iradəsi və Azərbaycan dövlətinin quruculuq işindəki proqram xarakterli fəaliyyətinin nəticəsidir bu gün ölkəmizdə İctimai teleradio, “Mədəniyyət” və “İdman”, çoxsaylı kommersiya TV kanalları yaradılıb. Bu telekanalların hər birində Ulu öndərimizin xüsusi qiymət verdiyi milli mədəniyyətimiz və incəsənətimiz layiqincə işıqlandırılmaqda və vətəndaşlarımızın estetik tərbiyəsinin yüksəlməsində öz rolunu oynamaqdadır. İncəsənətin teatr, kino kimi çox mühüm sahələri ilə bağlı söhbətində Heydər Əliyevin çox maraqlı fikirləri yenə də televiziyanın imkanları ilə bağlıdır. Ümummilli liderimiz Azərbaycan Milli Televiziyasının 40 illiyi münasibətilə təntənəli yubiley gecəsindəki çıxışında (17 fevral 1996-cı il) demişdi: “Televiziya xalq ilə, vətəndaşlarımızla kütləvi informasiya orqanları arasında əlaqə yaradır, eyni zamanda xalqın, vətəndaşların bir-biri ilə əlaqələrini daha da artırır. İncəsənətin mühüm qolu olan teatrı biz vaxtilə çox yüksək qiymətləndirirdik. Çünki insanların estetik tərbiyəsində, onların mədəni səviyyəsinin artmasında insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə böyük rol oynamışdır. Sonra teatrla bərabər kino bu rolu oynamağa başladı. Dünyada televiziya meydana gələndən sonra televiziya incəsənətin bu iki çox mühüm sahəsinin fəaliyyətini, ola bilər, bir qədər məhdudlaşdırsa da, eyni zamanda onların əldə etdiyi nailiyyətləri geniş kütlələrə çatdırmaq üçün ən gözəl ən gərəkli bir vasitə oldu”.


Heydər Əliyevin bu........

© 525-ci Qəzet


Get it on Google Play