SEVGİ dolu ömür - Əbülfət MƏDƏTOĞLU yazır
Onu yaşamaq heç də arzu deyil...
Günlər bir-birinin davamıdı aylar, illər kimi. Elə mən də bu bir-birinin davamı olan günlərimi ömrümə hopdurmaqla, üstəlik də ömrümü o günlərin yaddaşına köçürmək niyyəti ilə bir ipucundan tutub gedirəm. Və hərdən də öz-özümə deyirəm ki, bax, budur ipucu və budur ömrümə hopan günlərin mənə verdiyi ümid!.. Necə asi olum, necə şəkk gətirim bütün olanlara. Axı, hər şey göz önündədi - əzab da, vüsal da, sevgi də nifrətdə, lap elə sevən də, sevilən də!.. Hər şeyin bir müstəvidə olduğu məqamda özünü ittihamdan başqa yol qalmır. Yəni günahı başqasında axtarmaq kimi sadə və primitiv üsuldansa, özündəki eyibi görmək daha dürüst seçimdi məncə. Onda əzabı da sinirmək bir az asan olar. Və həm də özünü də tanımış olarsan. Bilərsənki, nəyin cəzasıdı və nəyə görə çəkirsən. Bu məqamda bir şeirin həniri gəlib keçdi könlümdən .... Qarşılaşdıq, gözləmirdin deyəsən Şimşək çaxdı, yoxsa o an, ildırım?!. Bilirsənsə bəlkə yolun deyəsən - Necə edim, gözlərini güldürüm?!. Gətirirəm xəyalıma ağ günü Qan coşduran, təravətli sağ günü! Qoy eləyib bir-birinə tağ, günü - Kipriyindən mən o nəmi sildirim! Öz-özümü toparlayıb yığmışdım Həyacandan ürəyimi sıxmışdım... Mən qarşına ona görə çıxmışdım - Açıq sənə, sevdiyimi bildirim! *** İndi doğulduğum o yerləri gözümün önünə gətirib məhz arxada qalan günlərimi xatırlamağa çalışıram.Doğrudu, bunlar........
