“Unudulmaq qorxusu” hamımızda var - Əbülfət Mədətoğlu yazır
Xeyli vaxtdır ki, yazı masamın üzərində bir kitab var. Qalın və nəfis şəkildə çap olunmuş bir kitab. Kənardan baxanda elə bilirsən ki, yəqin çəkisi bir xeyli ağır olar. Amma əlinə götürəndə o qədər yüngül gəlir ki, onun səhifələrinin sayı ilə heç uyğunluq yaratmır. Bunu ona görə xüsusi önə çəkirəm ki, öncədən ağlıma gələn bir fikrin yanlış olduğunu sonradan o çəkisi yüngül olan kitab məni inandırdı. Başa düşdüm ki, bu kitabın içərisindəki duyğular, hisslər, fikirlər, hadisələr – bir sözlə, bir yazar dostumun yaradıcılığının bəhrəsi həqiqətən sanballı imiş. Özü də mənə müəyyən yaşamı, müəyyən zamanı xatırladan yenidən o illərə çəkib aparan bir güc var idi bu kitabda...
"Unudulmaq qorxusu” romanı təqribən bir ay bundan öncə işıq üzü görüb. Müəllifi tanınmış yazar, həm də mənim könül dostum Fazil Sənandır. Onun özəl həyatı mənə bəlli olduğundan hər kitabının, hər yeni əsərinin bir xatirəsinin bədii forması kimi qəbul edirəm. Nədənsə içimdə bir inam var ona. Özüm-özümdə birmənalı şəkildə qəbul etmişəm ki, Fazil Sənan həyatını, ömür yolunu, bu həyata baxışını sakit bir şəkildə heç hara, heç nə üçün tələsmədən hekayəyə, povestə romana çevirir.
Özü də burada ən maraqlı olanı odur ki, onun qələmində pafos yoxdur. Sadəcə bir elat şirinliyi var. Elə bilirsən ki, Mil düzünün bir guşəsində, bir söyüd ağacının altında, lap elə Xan qızı arxının üstündə üz-üzə, göz- gözə oturub söhbət edirsən. Yazıçı Fazil Sənan özünün soyundan, kökündən pedaqoji fəaliyyətindən, ilk qələm təcrübələrindən, övladlarından, dostlarından sənə danışır. Kənd-kəsəyindən söhbət açır. Söhbət o qədər şirin, o qədər rahatlıq verici olur ki, siqaret yandırmaq da, əlini soyuyan çayına uzatmaq da yadından çıxır. Axı danışan Fazil Sənandır. Dinləyən də mən.Romanın əsas mövzusu Qarışıq və Qarşılıqlı SEVGİDİR! Bütövlükdə sosial həyat, yəni məişətdi...
Deməli, biz ikimiz eyni anda həmin o yaşamın içində oluruq. Sağollaşıb ayrılanda yenidən qayıdırıq bu günə. Bu günə gələndə isə mən özümlə Fazil Sənanın qəhrəmanlarını da gətirirəm. Onun qələmə aldığı povestin, hekayənin romanın bütünlüyünü də elə son görüşümüzdə də hələ mətbəə qoxusu canından çıxmağa imkan tapmamış kitabını da mənə........





















Toi Staff
Sabine Sterk
Penny S. Tee
Gideon Levy
Waka Ikeda
Grant Arthur Gochin
Daniel Orenstein
Beth Kuhel