We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı tətbiq etdiyi zorakılıq təmsil olunduğu düşərgəni ifşa etdi

5 0 0
24.09.2019

Bu fakt Əli Kərimli və ətrafındakıların ailə-məişət həyatlarında belə nə qədər sadist və despot təfəkkürlü, zorakılığa meyilli olduqlarının da təsdiqidir
Məlumdur ki, bu gün respublikamızda insan hüquq və azadlıqlarının təmin olunması və daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Konstitusiyasının müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyir.
Təəssüf ki, “insan hüquqları”, “demokratiya” kimi sözləri dilində şüar edən radikal müxalifət düşərgəsinin bundan yalnız alət kimi istifadə etməsi faktları saysızdır. Partiyaları daxilində üzvlərə qarşı təzyiqlər göstərmələri, hətta onlara fiziki zor tətbiq etmələri ilə bağlı zaman-zaman ortaya çıxan faktlar radikal dağıdıcıların əsl simasını təsdiq edir. Nəinki partiyalarında, hətta ailələri daxilində belə qeyri-insani rəftarları........

© Yeni Azərbaycan