Yazının, zarafatın, lətifənin, kuyoz hadisənin sonu... Müəllif dəfn olundu. Reportaj bitdi.

1990-cı illərin əvvəllərindən tanıdığım Səbuhi haqda çox şey yazardım. Nə qədər xatirələrim var. Üç redaksiyada işləmişik. Onun jurnalistikası fərqli və fərqliydi. Fərq-in birini dırnağa almaq olar. Səbuhi hər ikisini yüksək peşəkarlıqla bacarırdı. Heç nədən yazı yazardı. Heç nəyi yazıya çevirərdi. Onun belə kimyası vardı.

Toyunda, toysonrası qonaqlıqda, sonra yenə, yenə evində olmuşdum(q), o da bir dəfə bizə gəlmişdi. Redaksiya kollektivini evinə dəvət eləməyi xoşlayırdı - sizə 1994-95-ci illərin "525-ci qəzeti"nin baş redaktoru olan Səbuhidən danışıram.

Kuryoz bir hadisə deyim. Bir neçə il qabaq Ukraynaya müalicəyə yola düşən ərəfədə ondan müsahibə almağa getdim - şəxsən özüm getdim, özüm istədim. Səbuhini görməyi arzuladım.
Bəzi suallardan yan keçməyin xahişində bulundu. Müalicənin maliyyələşməsinə mane ola bilərdik.

Redaksiyaya çatanda gördüm, diktafonu heç qoşmamışammış. Eyni şey onun başına gəlsəydi, tamam başqa yazı alınardı yəqin. Jurnalistika həm də cəsarət deməkdi. Hər mənada! Səbuhidə bu cəsarət vardı. Məndə yox.

Taleyin qəribə zarafatına bax: Səbuhinin başına gələ biləsi hadisə mənim başıma gəlmişdi. Tale məni yoxladı. Onun yazdığını mən yaza bilmədim, bilməzdim də.

Yazı, mətn nə deməkdi? Lap olsun, jurnalistika janrları. Mənə tam məlum deyil. Təxminən belə: olmuşları, olanları, olacaqları/ola biləcəkləri qeydə almaq... Amma hansı zamanda? Budu məsələ.

İllər öncə bir dəfə qəfil Səbuhini görmək istədim, ona messencerdə bir bayatı yazdım, üçüncü misrası beləydi: "Könlüm səni istəyir..."

Çox xoşuna gəldi. Əlbəttə, görüşmədik.

...Səbuhi dəfn olundu. Getdi, qayıdıb reportaj yazmayacaq. Reportaj bitib artıq. Oxuya bilməyəcəyik. "Könlüm səni istəyir!" Əlbəttə, görüşməyəcəyik.

Allah rəhmət eləsin.

QOSHE - Müəllif dəfn olundu, reportaj bitdi - Qurban Yaquboğlu
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Müəllif dəfn olundu, reportaj bitdi

6 1
17.01.2024

Yazının, zarafatın, lətifənin, kuyoz hadisənin sonu... Müəllif dəfn olundu. Reportaj bitdi.

1990-cı illərin əvvəllərindən tanıdığım Səbuhi haqda çox şey yazardım. Nə qədər xatirələrim var. Üç redaksiyada işləmişik. Onun jurnalistikası fərqli və fərqliydi. Fərq-in birini dırnağa almaq olar. Səbuhi hər ikisini yüksək peşəkarlıqla bacarırdı. Heç nədən yazı yazardı. Heç nəyi yazıya çevirərdi. Onun belə kimyası vardı.

Toyunda, toysonrası qonaqlıqda, sonra........

© Teleqraf


Get it on Google Play