menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ulu Öndərin şərəfli yolunu məsuliyyətlə addımlamaq vəzifə və vicdan borcudur...

8 1
previous day

Milli davamız – Vətən savaşımız Ali Baş Komandanımızın dəmir yumruğu, məğrur xalqımızın onun ətrafında yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Azərbaycan Ordusunun rəşadətini və misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.
Vətən Savaşı və savaşdan sonra yaşadıqlarımız bütün dünyaya millət olaraq kimliyimizi sübut etməklə bərabər həm də özümüzü özümüzə tanıtdırdı… Bəzən adi görünən bir detalın arxasında o qədər dərin həssasiyyət, o qədər böyük insanlıq dayandığını müşahidə edirsən ki, ruhunun mənəvi qida aldığı o işıqlı məqamları yazmağa, deməyə, təbliğ etməyə bir vətəndaş kimi içində ehtiyac hiss edir adam…
Bu ilin 27 sentyabr səhəri idi. Azərtac-da belə bir xəbər oxudum, Vətən müharibəsi şəhidlərimizin anım günündə Qazax rayon icra başçısı şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramla ağacəkmə ağsiyası keçirmişdir. Belə bir xoşməramlı aksiyanın Zəfər günümüzdə də daha geniş vüsətlə keçirildiyini böyük ruh yüksəkliyi ilə oxudum.


Ulu öndərimiz, ümumilli lider Heydər Əliyev deyirdi ki, "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Bir ağac kəsiləndə elə bilirəm ki, qolumu kəsirlər. Bir ağac əkiləndə isə o ağacın təbiətə verdiyi nəfəslə mən yaşayıram"...
Ulu Öndərin özünün də söylədiyi kimi bu gün əkdiyimiz hər bir ağacın təbiətə verdiyi nəfəslə O yaşayır... Qəhrəman şəhidlərimin əziz xatirəsinə ehtiramla Qazax rayon icra başçısı hörmətli Rəcəb müəllim Babaşovun təşəbbüsü ilə belə bir aksiyanın həyata keçirilməsi məni çox təsirləndirdi...
Rəcəb müəllimin Qazax rayonunda humanist və fədakar fəaliyyətini Vətən müharibəsi ərəfəsindən müşahidə etməkdə idim. Hər bir şəhidimizin dəfn mərasimində ən yüksək səviyyədə iştirakı, şəhid ailələrinin yanında olması isə mənəvi borc kimi təkcə həmin günlərlə yekunlaşmamışdı. Rəcəb müəllim şəhid ailələrinə, müharibə qazilərinə həmişə diqqət və qayğı ilə yanaşmış, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirləri davamlı və müntəzəm şəkildə həyata keçirmişdir. Onun rəhbərliyi altında bu illər ərzində Qazax rayonunda yeni məktəblərin və səhiyyə müəssisələrinin tikintisi həyata keçirilmiş, mövcud obyektlər təmir edilərək xidmət səviyyəsi yüksəldilmişdir. Bu addımlar yerli əhalinin təhsil və səhiyyə xidmətlərinə əlçatanlığını artırmışdır.
Bundan əlavə, Rəcəb Babaşov İcra Hakimiyyətinin başçısı olaraq bütün rayon ərazisində su sistemlərinin yenilənməsi və genişləndirilməsi üzrə layihələr reallaşdırılmışdır ki, bu da sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına mühüm təsir göstərmişdir...
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə olur. Rəcəb müəllim məhz o insanlardandır…
Bu gün ulu öndər Heydər Əliyevin başladığı şərəfli yolu, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi kursunu uğurla həyata keçirən, ölkəmizin ictimai həyatındakı gördüyü gözəl işlərlə hər kəsin qəlbində uca taxt quran, bölgənin quruculuq işlərində üzərinə götürdüyü missiyanın öhdəsindən layiqincə gələn, cəmiyyətin sosial-mənəvi, siyasi-ictimai həyatında əvəzsiz xidmətləri olan Rəcəb Babaşovun yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən........

© tarihistan.org