menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Şeytana papış tikən

22 0
02.09.2026

İdarədən verilən xoş xəbərə görə həkimlərin maaşı artırılmışdır. İndi onlar o qədər çox pul alırlar ki, Almaniyadan qaçıb gəlirlər, Füzuli rayonu, Aşağı Dilağarda kənd xəstəxanasında işləməyə ümid edirlər.

Biz – yəni xəstələr də bu xəbərə çox sevindik. İnşallah, sağ qalmaq üçün, daim uca hökumətimizə və onun təbabət idarəsində xidmət etmək üçün Hippokrat andı içirik.

Çünki belə işlərin, türkün sözü, həmişə iki başı olur. Başın biri işləməsə, nə mənası? Əgər həkimlərin maaşı qalxırsa, pasientlərin həyatda qalma faizi də qalxmağa borcludur. Yoxsa yıxıl, havayı yerə öl, ölkəmizdə kommunizm quruculuğu proseslərini izləmə... Çox yarıtmaz vəziyyət olardı.

Xəstələr bahalı həkimlərə layiq olmalıdır. Məsələn, əski zamanlarda həkim 5-3 qəpiyə çalışırdı, biz də yaşamaqda məna görmürdük, xəstəxanaya çatdırılmamış, elə yolda canımızı tapşırırdıq. İndi isə ən azı palataya........

© Müsavat