Zirvələri qarlı, yolları buzsuz Şahdağ – 31 deka
Dağlara qar yağmışdı o gün. Birinci qar idi. Birinci qarlar yerdə çox qalmır, tez əriyir. Şahdağda da günəşin döydüyü yamacların qarı ərimişdi, günəş şüasının tutmadığı yamacların, dərələrin qarı qalırdı. Dağar ala-bula görünürdü - Alatau (Aladağ) kimi. Almatı şəhərinin baş küçəsindən baxanda Alataunun zirvəsi ala görünür. Qusarın mərkəzindən baxanda Şahdağ da elə görünürdü.
Qar həmişə ruzi-bərəkət rəmzi olub, əkinçinin qolundan tutub, zəmilərə can verib, növbəti ildə mal-qara üçün bol ot-ələf təmin edib. Ancaq son illərdə ölkəmizin dağlıq yerlərində yağan qar təkcə aqrar sektor üçün dirilik mənbəyi deyil, həm də turizm sektoru üçün vazkeçilməz nemətdir. Dağlara qarın yağmasıyla qış turizmi açıq elan edilir və ölkəmizin qış-xizək komplekslərinə turist axını başlanır.
Bu il də elə olub. Şahdağa ilk qarın yağması qış turizmi mövsümünün açılışı günüylə üst-üstə düşmüşdü. Adətən, Şahdağda qış turizmi mövsümü dekabrın ortalarında açılır. Builki açılışı təbiət özü etmişdi – dağlara qar ələyərək.
Çətini bura qədərdir. İlk qar ərisə də, əriməsə də, gecələr şaxtalı havalar başlayır və müasir texniki avadanlıqların, cihazların sayəsində xizək yollarının qarla təminatı problem olmur.
Bu sarı cihazların işi sadədir, adi suyu qəbul edir və qar şəklində havaya püskürür. Şahdağda bu cihazlardan 600 dənəsi var və onlar lazım olan bütün........





















Toi Staff
Sabine Sterk
Penny S. Tee
Gideon Levy
Waka Ikeda
Grant Arthur Gochin
Daniel Orenstein
Beth Kuhel