SEPAH üçün edam sehpası - korpusun Keyteli yoxdu
Regionda, İran ətrafında, Vaşinqton-Tehran-Təl-Əviv üçbucağı arasında qəribə vəziyyət yaranıb: tərəflər həm sülhdən, atəşkəsin davam etməsinin zəruriliyindən danışırlar, həm də yenidən savaşmaq üçün silah və hərbi qüvvə birikdirirlər.
Qarşılıqlı təhdidlər də davam edir. ABŞ tərəfi İrana öz şərtlərini qəbul etdirəcəyini, onun ağ bayraq qaldırıb təslim olmasının vacibliyini israrla söyləyir, İran tərəfi heç bir şərt qəbul etməyəcəyini əminliklə və qəti şəkildə deyir.
ABŞ-nin xarici işləri naziri (dövlət katibi) Mark Rubio münaqişənin diplomatk yolla həllinn mümkün olduğunu bəyan edir, onun iranlı həmkarı Abbas Araqçinin açıqlamaları isə tərəflərin danışıqlar masasından nə qədər uzaq olduğunu göstərir.
İki gündən sonra düz bir ay olacaq ki, durum belədir: bir gün müharibənin bitdiyinə dair qənaətlər güclənir, ertəsi gün savaşın daha bir mərhələsinin irəlidə olduğu barədə rəylər qətiləşir. Beləcə, “nə hərb, nə sülh” vəziyyəti davam edir.
Bilinən odur ki, 3 dövlətin fəal, Fars-Ərəb hövzəsi dövlətlərinin isə........
