Pis qonşun olunca, okeanda adada yaşasan yaxşıdı
Düz deyirlər, coğrafiya qədər-qismət məsələsidir. Onu da düz deyirlər ki, ev alma, qonşu al. Yəni araşdır, qonşunun kim olacağını öyrən, sonra onun qonşuluğunda ya ev tikdir, ya da hazırını al.
Ulu əcdadlarımız bu yerlərdə, 39-42-ci paralellərdə binə salanda belə incə detalları nəzərə almayıblar. Güman ki, onlardan asılı olmayıb. O üzdəndir ki, biz indi qalmışıq gündə bir dil danışan qonşuların əlində.
10 milyonluq xalq isə 4 nəfərlik ailə deyil, bir gün cana doyub evi satasan və çıxıb gedəsən, məsələn, Alyaskaya, İslandiyaya, Taitiyə və sair sarsaq qonşuları olmayan ölkələrə.
Sərt iqliminə baxmayın, ən yaxşısı İslandiyadır. Yayda gecə saat 2-də belə qaranlıq olmur. Dünyanın yeganə ölkəsidir ki, orada ağcaqanad yaşamır. Ondan daha soyuq məkanlarda (Qrenlandiya və Sibirdə) ağcaqanadlar qıj-qıj qıjıldayır, amma İslandiyada bir dənə də yoxdur. Bu ölkədə nə kilsə-monastır davası edən qonşu var, nə də “bizim əcdadlar qədimdə bu vulkanın dibində yaşayıblar, bura bizimdir” deyən etnik qrup. Qulaq dincliyi, can rahatlığı.
Yoxsa bu nə regiondur, bu nə paraleldir, a kişilər? Elə bir gün olmaz ki, kimsə çəpərin o üzündən nəsə bir söz atmasın, iddia irəli sürməsin, bizi qəzəbləndirməsin. Birinin ağzını........
