Daha nələrə hazır olmalıyıq?..
Noyabrın sonunun, dekabrın əvvəlinin Ukrayna problemi üçün həlledici olacağı gözlənilirdi. Amma hələ hamı gözləməkdədir.
Prezident Trampın planı işə düşməmiş onun opponentlərinin tərəfdarlarından qat-qat çox olduğu bilindi. Məsələ tək Kiyevin diplomatik müqaviməti ucbatından uzanmır, Avropdakı müttəfiqlər də Tramp planına ən azı ciddi korrektələr etməyin tərəfdarıdırlar.
Hamıdan çox “sülh” istəyən, hətta müəmmalı dərəcədə tələsən yalnız cənab Trampdır: dəfələrlə soruşmuşuq özümüzdən ki, əcəba, adam niyə belə tələsir? Bəlk doğrudan Nobel üçün? Və ya adam bəlkə həqiqətən də ciddi pasifistdir və Ukraynanın tək coğrafi, maddi-texniki itkiləri yox, daha çox müharibənin humanitar tərəfləri, böyük insan itkiləri və savaşın miqyasının getdikcə böyüməsi narahat edir onu?
Hökm vermək olmur, amma adam dünya siyasətində yeni də deyil və artıq hamı onun siyasi üslubunun bir cəhətini çoxdan hiss edib: Tramp üçün köhnə siyasi stereotiplər, “geosiyasi müttəfiqlər” kimi anlayışlar və digər siyasi motivlər ön sırada deyil və dəfələrlə demişik, bir daha təkrar edirik ki, çox şeylərə iş adamının gözü ilə baxır, sanki ABŞ-ın siyasi lideri yox, daha çox iqtisadi məsələlərlə məhdudlaşan hökumət başçısıdır: hər məsələdə siyasətçün iqtisadi platforma yaratmağa cəhd edir. Anlamaq olmur ki, onun iş adamı kimi təcrübəsindən irəli gəlir bu, yoxsa ona belə daha asandır?..
Tramp Ukraynadakı siyasətinə də iqtisadi məzmun verməyə çalışdı, məşhur “minerallar sazişi”ni imzaladı və yenə deyirik ki, məqsəd bilinmir: orta statistik amerikalı vergi ödəyicisinin gözündə özünün Ukraynadakı səylərinə əsas yaratmağa çalışır, yoxsa ki, keçmiş biznes adamının mentaliteti təqib edir bunu?
İndinin özündə adamın sülh planına tamam fərqli münasibət sərgilənir: nəinki avropalı siyasi analitiklər, eləcə ukraynalı siyasi........





















Toi Staff
Sabine Sterk
Penny S. Tee
Gideon Levy
Mark Travers Ph.d
Gilles Touboul
John Nosta
Daniel Orenstein
Rachel Marsden