Məscidin qapısına it bağlayanlar və saxta “din t
“Ermənistan məktəblərində belə hicab sərbəstdir” deyərək özünü gülünc vəziyyətə qoyan Türkiyənin “Yenidən Rifah Partiyası”nın sədri Fatih Erbakandan səs – soraq yoxdur. Əslində maraqlı persona deyil, sadəcə, Azərbaycana “nümunə” gətirdiyi, istisnalar xaric, ermənidən başqa demək olar ki, qeyri-millətlərin yaşamadığı ölkədə məscidlərin başına açılan oyunlara sükutlu reaksiyasına görə maraqlanıram... Bu “din aşiqi” İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsini, məscidə erməni şairin büstünün qoyulmasına lal və kar oldu. Hanı bəs islam təəssübkeşliyi? Erməni məktəblərində “hicablı şagird” axtaran bu adam necə oldu Qərbi Azərbaycanda – İrəvan vilayətindəki qədim Cümə məscidinə erməni yarlığının yapışdırılmasına dözdü?
Göy məscid XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın hakimiyyəti illərində inşa edilmiş, Azərbaycan memarlıq və dini irsinin mühüm nümunəsi olduğuna görəmi erməni-fars işbirliyinə lal və kar oldu fatehkimilər? Halbuki bu fakta İslam dünyasından sərt təpki gəlməli idi. Türk-İslam məbədinə erməni adının yapışdırılması, büstünün qoyulması faktiki olaraq məscidin qapısına it bağlanılması kimi bir şeydir...Amma nə olsun, Azərbaycanın üstünə gələnlər susurlar... İranın vitse-prezidenti, təhsil naziri Azərbaycandakı hicablı qızları İranda təhsil almağa çağırmışdı. “Vaveyla, din əldən getdi”, deyib hay-küy salanlar gedib İrəvandakı Göy məscidin divarına erməninin adını yapışdırdılar, təntənəli şəkildə. Nə bu məscidin tarixi Azərbaycan məscidi olmasına məhəl qoyuldu, nə də tarixi-dini abidəyə kənar müdaxilənin yolverilməzliyi barədə qızıl qaydalar, konvensiyalar yada düşdü. Hərçənd, elə də təəccüblənmirik. İşğal illərində Şuşadakı Yuxarı Gövhərağa məscidinə də Cümə məscidinin taleyini yaşatmaq, “fars məscidi” düzəltmək üçün İran şirkəti işə başlamamışdımı? İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid........
