menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Gələcək gəldi, Rauf Arifoğlu!

53 0
23.07.2026

Mən “Yeni Müsavat”a oxucu kimi ziyarətə gələndə Onun 32, mənim 24 yaşım var idi. Bir il keçdi və o vaxtdan bir yerdə çalışırıq… Bilirsinizmi bu nə deməkdir? Bu illər ərzində sevincimiz, kədərimiz, çətinliklərimiz, fərəhli günlərimiz bir olub…Doğum tarixi Ağdamın işğal gününə təsadüf etdiyindən hər zaman tərəddüdünü hiss edirdik. Vətən torpaqlarının işğaldan azad olunması üçün əlindən və qələmindən nə gəlirsə, gecəli-gündüzlü sərf edən bir insan, yazar, vətəndaş üçün təbii ki, ağır idi...Və Ağdam daxil, Qarabağın, Şərqi Zəngəzurun azad olunmasına ən çox sevinənlərdən biri oldu.

Ona görə yox ki, Birinci Qarabağ savaşında ən çox şəhid vermiş, Vətən Müharibəsindən sonra isə bir güllə belə atılmadan, azad edilmiş Ağdamla bərabər, onun doğum günü də işğaldan, qəm-kədərdən, sızıltılı xatirələrdən azad olunmuşdu. Ona görə ki, Vətənin azadlığı, müstəqilliyini, ərazi bütövlüyünün bərpasını ən böyük vəzifəsi hesab edərək, Həcc dualarından tutmuş, qələbə diləkli, amallı müəllif yazılarınadək həyatını həsr etdiyi bir şərəfli mücadilənin ali hədəfinə çatmışdı. Hələ qanlı hadisələr başlayanda əlinə silah alıb, könüllülərin sırasında erməni faşizminə qarşı mücadilə aparan, sonrakı illərdə bütün taleyini bu mübarizəyə həsr edən bir insan üçün təbii ki, ən böyük mükafat Vətən torpaqlarının azadlığı idi. Rəhbərlik etdiyi qəzetdə Qarabağ zəfərlərindən manşetlər dərc etməyin nə qədər böyük nemət olduğunu yəqin ki, çoxları təsəvvürünə gətirir. Odur ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı........

© Müsavat