İRANLA BAĞLI BƏZİ QEYDLƏR - Fazil Mustafa yazır
FAZİL MUSTAFA
MİLLƏT VƏKİLİ
***
İranda baş verənlər inqilabmı? Düşünürəm ki, deyil. Nəzəriyyə və proqram olmayan bu cür etiraz forması kütləvi sosial iğtişaş sayıla bilər.
Xarici müdaxilə risqi böyükdür, bu gerçəkləşərsə rejimin dəyişməsi mümkündür. Müasir dünya konjekturunda İranın parçalanması bölgə ilə ən çox bağlantısı olan ABŞ və Böyük Britaniyanın işinə gəlməz. İzrail isə bunu heç istəməz. Necə ki, İraq, Suriya, Əfqanıstan kimi dövlətlər onlarla bölgə avtoritetlərinin əlində qaldılar, hələ də bu elementlər təsir gücünü saxlasalar da, bu ölkələrin hansınınsa parçalanmasına imkan verilmədi. İrana da indidən bu ssenari üzrə baxa bilərsiniz. Bazar mərkəzli burjuaziyanın siyasiləşməsi üçün vaxt lazımdır. Dinçiliyin inanc formulu ziyalı gildiyasının dialoq çağırışlarını yenə də rahatlıqla basdıracaq. İç savaş çıxması ehtimalı böyükdür. Bütün hallarda bu ölkənin demokratikləşməsi illüziyadan başqa bir şey deyil. Çünki burada əsas sinif dünən də, bu gün də, sabah da ruhani elitası olacaq.........
