Gecikmiş qisas və ya klanların “taxt oyunları”...
Natiq Cəfərli
Real Partiyasının sədri
***
Bu gün dünyada ən çox müzakirə olunan məsələ ABŞ-ın Venesuelaya qarşı 4 saatlıq əməliyyatı və Madurunun öz yataq otağından oğurlanaraq ABŞ-a gətirilməsidir.
Artıq heç kimdə şübhə yoxdur ki, Maduronu öz yaxın ətrafı satıb, daxildən ciddi dəstək olmasaydı, ABŞ-ın bir nəfər əsgərinin burnunun belə qanamadan əməliyyat keçirməsi, Maduronu evində-yatağında həbs edib, ABŞ-a gətirməsi mümkün olmazdı.
Bu gün baş verənləri anlamaq üçün 50 il keçmişə qayıtmaq lazımdır, təməl ordadır, amma, qırılma nöqtəsinin Çavesin varis planında yarandığı üzə........
