We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

102 yaşlı polisi sevmək olarmı? - Deputat yazır

2 0 0
01.07.2020

Razi Nurullayev,

Milli Məclisin deputatı

***

Müasir dünyada polissiz cəmiyyət yoxdur və heç onu arzu edənlər də yoxdur. Polissiz bir cəmiyyət “cəngəllik qanunları” ilə yaşamaq deməkdir. İnsanların təhlükəsizliyi, dövlətin sabitliyi birbaşa olaraq polisin fəaliyyətinin nəticəsidir. Təsadüfi deyil ki, “polis” sözü qədim yunan dilindən tərcümədə də məhz “dövlət”, “şəhər” mənasını verir.

Koronavirus pandemiyası dövründə də ən böyük yük həkimlərlə yanaşı, həm də polislərin üzərinə düşüb. Xırda narazılıqlar olsa da, pandemiya dövründə Azərbaycan polisinin fəaliyyəti birmənalı şəkildə üst səviyyədə oldu. Risk altında fəaliyyət göstərmələrinə baxmayaraq, işlərinin öhdəsindən gəlməyi bacardılar. Doğrudur, hər bir sahədə olduğu kimi, polis sistemində də müəyyən problemlər mövcuddur və onların aradan qaldırılması üçün işlər aparılır.

Milli Məclisin İnsan Hüquqları Komtəsinin üzvü kimi vətəndaşların polislə bağlı bir sıra şikayətlərini araşdırmalı olmuşam və deməliyəm ki, heç də bütün şikayətlər birmənalı olaraq ədalətli olmur. Düzdür, daha çox vətəndaşın, seçicilərin yanında dayanıram,........

© Mia.az