Özet:

Makalemde Azerbaycanın ünlü şairi Vahid Ezizin son dönem çeirlerinden bahs edecem. Vahid Eziz 90-cı yıllar Qarabağ savaşını şeirinde mükümmel şekilde anlatan ünlü şairlerimizdendir. O önce Karabağ topraklarının işğal olmasınıdan, topraklarda verdiyimiz şehidlerden bahs edirdise şimdi 2020-ci yılın eylül ayından Karabağ topraklarının kahramanlıkla alınmasından, Vatan savaşının zaferinden yazmış. Makalede “Heyrat secdesi” poemasından bahs edilir. Poemada Azerbaycan halkının ve türk halkının birliyi de önemli yer tutur.

Vahid Əzizin “Heyrət səcdəsi” poeması 44 günlük Vətən müharibəsindən bəhs edən ilk əsərlərdən biridir. Poema mübarək kəlamlarla başlayır. Zəfərimizin sevinci, xəyallarımızın gerçəyə çevrildiyi məqam poemanın ilk misralarında əksin tapır:

İstiqlalın mübarək,
Tərtər çayı, Həkəri,
xəyallar oldu gerçək,
öndü vaxtın təkəri.

Haqqın qələbəsinin zəfəri şairi daha çox qürurlandırır. Tarixə dönən şair Sərkərdəsiz bir xalqın tayfa kimi dolanması fikrinə qayıdaraq, dünənimizi xatırladır:

Öz yerini tapdı Haqq-
duyduq su, hava kimi,
Sərkərdəsiz olan xalq,
dolanar tayfa kimi!

Müəllif, qələbəmizin sevincinin əksi ilə bərabər eyni zamanda Azərbaycan əsgərinin kişilik meydanından alnı açıq, üzü ağ çıxmasını və bu sınaqdan şəhidlərimizin zirvələr fəth etməsini poemanın başlançıcı kimi təqdim edir:

Savaş meydanında kişi sınanar,
əsgər-Vətəninin vuran qoludu,
könüllü gedənlər-qoçaq olanlar,
zirvəyə ucalan- şəhidlər oldu.

Zəfərimizi böyük sevinclə vəsf edən şair poemada 30- il torpaqlarımızdan ayrı düşməmizdə humanistliyimizi, müharibə istəməyən bir xalq olmağımızı xatırladaraq artıq ləyaqətimizin bir nifrət zirehi geyərək mübarizəyə atılmağımızı dəstəkləyir, illərdi bədbin ruhda şeirlər yazmağımızın sonu olduğunu haqqlı olaraq ifadə edir.

Ləyaqət nifrətin zirehin geyib,
Daha sığışmasın döş qəfəsinə,
Yetər: “Xarıbülbül, hardasan?” – deyib,
Zarıyıb, hönkürdük bülbül səsinə!

Şairin poemada təsvir etdiyi yaşantılar real olduğu qədər də səmimidir.

Poemada əsas ideyadan biri də illərlə erməni havadarlarının Azərbaycan xalqının yaşadığı faciələrə, soyqrımlara laqeyd yanaşmaları məsələsidir. Şair Ali Baş Komandanın “Öz xoşlarına getmək istəməsələr, burunlarını ovarıq” ifadəsini poetik şəkildə ifadə edərək, bu arada həm düşmənin zəif və yalançı olduğunu, həm də dəstək aldığı adamların Azərbaycan ordusunun yanında gücsüz qaldığını möhtəşəm bir şəkildə əks edə bilir:

Qələbə-millətin çaldığı zəfər,
Rəhbər- “Burnunuzu”,-dedi-“Ovarıq”,
Düşmən öz xoşuna çıxmasa əgər,
It kimi Vətəndən onu qovarıq!

Ali Baş Komandanın düşmən haqqında bir az həqiqi mənada və bir az da yumorlu ifadələlrlə söylədiyi fikir uzun zaman xalqın dilindən düşmədi və şeirlərimizdən də yan keçmədi.

Şair sonrakı bənddə düşmənin məğlub olaraq “it kimi” getmələrini və onların havadarlarının mərmilərinin boş getməsini “küt getdi” ifadəsi ilə çox dəyərli bir bənzətmə edir.

Nə özü bacardı, nə havadarlar,
Düşmən mərmiləri küt kimi getdi,
Düşüb qapı-qapı yardım alanlar,
Quyruğun qısaraq it kimi getdi!

Quyruğun qısan it ifadəsi ermənilərin iç üzlərinin həqiqi göstəricisidir.

Poemada müəllifin dünənə dönərək, AFƏT-in Qarabağ məsələlərinə olan münasibətini də böyük ustalıqla ifadə edir. Ermənilərə dəstək olan fransızların hər zaman erməni arxasında olmaları, onlara yaltaqlıq göstərərək, yalanlarına alət olmaları diqqətə çatdırılır.

Nə ağlı, nə abrı,
Nə isməti var;
biz barış istədik,
düşmən qudurdu,
ATƏT-li filanlı
yalan-palanlar…
ən çoxu Fransa dalında durdu!

İllərdi həqiqəti öz niyyətləri uğrunda dəstəkləməyən fransa xalqı haqqında poemanın digər bəndində şair tərəfindən tənqidi fikirlər diqqəti çəkir ki, bir az sərt ifadə olan bu həqiqət bir etik deyimdən kənar olsa da həqiqəti əks edir və bu bir az da bizim özümüzün başqalarına olan lazımsız güvənimizin göstəricisidir. Bəlkə də şair sərt ifadə ilə bir az da özümüzü cəzalandırır. Xalqa müraciət etməklə illərdi kimlərə güvəndiyimizi üçün dünya görmüş insanları da qınayır.

Siz deyin, a köhnə dünya görənlər:
“Paris tədbirini necə görəcək,
Kişini-kişiyə ərə verənlər
Bizə Qarabağı necə verəcək?!”.[1]

Poemada Ali Baş Komandanın rəşadəti, ağlı və gücü ilə torpaqların azad edilməsi erməni və onun havadarlarına qarşı qoyulur. Ali Baş Komandanın dəmir yumruğu bir türk ərinin sözübütövlüyü və hünəri yalançı heysiyyatsız erməniyə qarşı qoyulur. Bu məqamda millətin prezidentlə bərabərliyi ən böyük zəfərin açarı olması qiymətli ifadələrlə dəyərləndirilir:

Ali baş Komandan dəmir yumruğun
Düşmənin başına vuran kişidi,
Millət, Prezidentin-böyük dayağın
Sözünün üstündə duran kişidi!

Vahid Əziz poemada tariximizə nəzər salaraq yaşadığımız müharibələrdən bəhs edir. 44 günlük müharibənin isə Azərbaycan xalqının tarixində zəfər, qəlbə kimi yazılmasını xüsusi iftixar hissi ilə poetikləşdirir.İlk olaraq gedəni geri ala bilməmiz poemada çox həqiqətləri aydınlaşdırır. Bu deyim şairin hadisələrə özünəməxsus yanaşma prinsipini aydınlaşdırır:

Çoxları ucadır gözlərimizdə,
qılınc oynatmışıq, zəfər çalmışıq,
amma keşməkeşli tariximizdə
ilk kəsdir gedəni geri almışıq!

Poemada Türk xalqının əbədi dostluğu da diqqətə çatdırılır. Bu qardaşlığın Ulu Öndərdən bizlərə miras qalması xatırladılır. Az sözlə dolğun fikir ifadəsini tapır, tariximiz qarşılaşdırılır. Bir millətin iki dövlətinin 44 günlük savaşda birlik və bərabərliyinin müqəddəsliyi diqətə çatdırılır:

Bizə dünya boyda Turandır Vətən,
Heyranam Xalqımda olan qeyrətə,
Eşq olsun, Ulumuz Öndər demişkən,
Bir millətin olan , iki dövlətə!

Araşdırdığımız poemada Azərbaycan xalqının qüruru, Türk birliyi və qardaşlığı, Ali Baş Komandanın şücaəti, ordumuzun gücü, ən əsası torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs qanı və canı sayəsində qazandığımız zəfərimiz tərənnüm edilmişdir. Müəllif 44 günlük savaşda heyrət səcdəsi yaradan Ali Baş Komandan və Azərbaycan ordusunun birliyi poemanın sonunda da əsərin ana xətti kimi verilir. Ordumuza Və Ali Baş Komandanımıza min alqış deyən şair üçrəngli bayrağımızın Qarabağ torpaqlarında göylərə yüksəlməsinin səcdəsində yalnız özünün deyil böyük Azərbaycan xalqının və əsası da dünyanın bu savaşda qazandığımız qələbəyə, zəfərə səcdə etdiyini poemanın son misrası kimi oxucuya ötürür. Bu misralar ilahiləşərək, şairin səsində bir xalqın qüruruna, zəfər sədalarına çevrilir:

Mübarək qədəmlə qalxdı ilbəil,
Daha bu əvvəlki o Vətən deyil,
Üç rəngli Bayrağa təkcə mən deyil,
Heyrət səcdəsini cahan eləsin…

Prof.Dr. Merziyye Necefova
AMEA Nizami Gencevi adına Edebiyat instiusu

QOSHE - Vahid Əzizin “Heyrət səcdəsi” Poemasında Torpaq Azadlığı, Zəfər Sevincləri. - Merziyye Necefova
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Vahid Əzizin “Heyrət səcdəsi” Poemasında Torpaq Azadlığı, Zəfər Sevincləri.

13 1
11.03.2024

Özet:

Makalemde Azerbaycanın ünlü şairi Vahid Ezizin son dönem çeirlerinden bahs edecem. Vahid Eziz 90-cı yıllar Qarabağ savaşını şeirinde mükümmel şekilde anlatan ünlü şairlerimizdendir. O önce Karabağ topraklarının işğal olmasınıdan, topraklarda verdiyimiz şehidlerden bahs edirdise şimdi 2020-ci yılın eylül ayından Karabağ topraklarının kahramanlıkla alınmasından, Vatan savaşının zaferinden yazmış. Makalede “Heyrat secdesi” poemasından bahs edilir. Poemada Azerbaycan halkının ve türk halkının birliyi de önemli yer tutur.

Vahid Əzizin “Heyrət səcdəsi” poeması 44 günlük Vətən müharibəsindən bəhs edən ilk əsərlərdən biridir. Poema mübarək kəlamlarla başlayır. Zəfərimizin sevinci, xəyallarımızın gerçəyə çevrildiyi məqam poemanın ilk misralarında əksin tapır:

İstiqlalın mübarək,
Tərtər çayı, Həkəri,
xəyallar oldu gerçək,
öndü vaxtın təkəri.

Haqqın qələbəsinin zəfəri şairi daha çox qürurlandırır. Tarixə dönən şair Sərkərdəsiz bir xalqın tayfa kimi dolanması fikrinə qayıdaraq, dünənimizi xatırladır:

Öz yerini tapdı Haqq-
duyduq su, hava kimi,
Sərkərdəsiz olan xalq,
dolanar tayfa kimi!

Müəllif, qələbəmizin sevincinin əksi ilə bərabər eyni zamanda Azərbaycan əsgərinin kişilik meydanından alnı açıq, üzü ağ çıxmasını və bu sınaqdan şəhidlərimizin zirvələr fəth etməsini poemanın başlançıcı kimi təqdim edir:

Savaş meydanında kişi sınanar,
əsgər-Vətəninin vuran qoludu,
könüllü gedənlər-qoçaq olanlar,
zirvəyə ucalan- şəhidlər oldu.

Zəfərimizi böyük sevinclə vəsf edən şair poemada 30- il torpaqlarımızdan ayrı düşməmizdə humanistliyimizi, müharibə istəməyən bir xalq olmağımızı xatırladaraq artıq ləyaqətimizin bir nifrət zirehi geyərək mübarizəyə atılmağımızı dəstəkləyir, illərdi bədbin ruhda şeirlər yazmağımızın sonu olduğunu haqqlı olaraq ifadə edir.

Ləyaqət nifrətin zirehin geyib,
Daha sığışmasın döş qəfəsinə,
Yetər: “Xarıbülbül, hardasan?” – deyib,
Zarıyıb, hönkürdük bülbül səsinə!

Şairin poemada təsvir etdiyi yaşantılar real olduğu qədər də səmimidir.

Poemada əsas ideyadan biri də illərlə erməni havadarlarının Azərbaycan xalqının yaşadığı faciələrə, soyqrımlara laqeyd yanaşmaları məsələsidir. Şair Ali Baş Komandanın “Öz xoşlarına getmək istəməsələr,........

© dibace.net


Get it on Google Play