Fərhad Əzizbəyli Ədəbiyyat tariximizdə Qarabağ, xüsusilə şəhidlik mövzusunda yazan şairlərdən biri olaraq diqqət çəkir. 30-illik bu illər ərzində poeziyamızın aparıcı mövzusu olan şəhidlik mövzusundan yazmaq qürur verici olmaqla yanaşı həm də çox çətindir. İllər əvvəl Fərhad Əzizbəylinin Neftçalanın milli qəhrəmanları şəhid- Camal və Samid, Azərbaycan bayrağı ordenli Xəyyam Əzizov haqqında yazdığı poema hər üç şəhid yaqqında bir dastan, qəhrəmanlıq salnaməsi kimi yadda qaldı. Şəhidin uşaqlıq, gənclik illəri, yaşantıları, öz həmyaşıdlarından seçilmələri, Vətənə, anaya, ataya, el -obaya münasibəti onun poemalarında tam və dolğun şəkildə əks edilirdi. Müəllif oxucusunun gözləri qarşısında tanımadığı bir qəhramanın portiretini elə canlı şəkildə canlandırırdı ki, o şəhid haqqında tam , dolğun fikir əldə edilirdi. Poemalarında qəhramanını yalnız cəbhə xəttində deyil ailədə, cəmiyyət kontekstində canlandıran müəllif şəhidlik məqamına qədərki bir Azərbaycan igidinin ailədə və məktəbdə, cəmiyyətdə fərqli xarakterini, cəbhəyə yola düşənə qədərki yaşantısını qəhrəmanlığa gedən bir cığır, bir körpü kimi izlədərək bu qəhrəmanın bir günün işi deyil uzun illərin qazancı və vəhdəti olduğunu müşahidəçi bir şair, yazar kimi dəyərləndirirdi. “Şəhid məzarların müqədddəs nur ocağı kimi dəyərləndirən şairin misraları o məzarlardan qor aldığı üçün belə müdrükdür. Şəhid verdiyimiz ilk illər- 90-cı illər yada düşür. Bugünkü qələbimizdə birnci Qarabağ şəhidlərinin məzarlarından od alan, o məzarlar önündə and içən igidlərimiz 44 günlük Vətən savaşını zəfər sevincləri ilə bitirə bilərdi.”(M.N.”F.Əzizbəylinin poemalarında Vətən müharibəsi, Şəhid obrazı”)

Şəhid məzarları nur ocağıdır,
Müqəddəs qor düşər qəlblərə ordan,
O oddan güc alan igidlərimiz,
Vətəni çıxarar, çilədən, dardan. (Vətən sevdalısı)

Şəhidlik mövzusunda çoxsayda poemalar yazan şair Şəhid verən ailənin yaşantılarını özünəməxsus bir baxışla müşahidə edir və son zamanlar yazdığı “Yadigarlar” poemasında daha incə və duyğusal məqamları diqqətdən kənarda qoymur. Əsər üç hissədən ibarətir. Şəhidlərdən bizlərə yadigar qalan övladlar, yarlar və analar poemada ayrı-ayrı hissələrdə poetikləşir. Hər hissədə biz ilk öncə şəhid obrazını görürük, yəni şəhidliyini bədi nümunələrdə təccəssümü, şəhidin övladı ilə, yarıyla və anası ilə ruhən yaxınlaşması, onlarla dioloqu və addım-addım ruhunun bu üç şəxs üzərində gəzməsi, izləməsi və əsas da narahatlığı əvəzsiz şəkildə təsirli, duyğusal yaşantılar, ağrılı məqamlar yaradır. Şəhidlik qürur, fəxarət doğursa da bəzi məqamlarda real yaşantılar ürək parçalayır. Proloq Şəhidliyin uca və əvəzsizlik ideyası ilə başlayır. Şair Vətənin Şəhidlərimizdən qalan ən ilk yadigar olduğu ideyası ilə əsərin təsir gücünü həm artırı, həm də Vətənpərvərliyi təbliğ edir. Gəncliyə, gələcəyimizə bir mesaj verir:

Dünyada silinməz izi qalmalı,
Qoyma unudulan, itən yadigar.
Hər kəsdən bir nişan, xatirə qalar,
Şəhidlər, sizdənsə Vətən yadigar.

Şair şəhidlərdən qalan yadigarlar içərisində Vətəni ilk olaraq götürür və beləliklə Azərbaycan xalqını Şəhidlərimizdən miras və yadigar qalan bu Vətəni gözdən bir an da belə kənarda qalmamasına səsləyiri. İkinci bənddə isə şəhid ruhalrına rahat və aram olmalarını, dinclik tapmalarını diləyir. Şəhid ruhlarının rahtlığını Azrbaycan xalqının yaralarına məlhəm olduğlarına görə daima şad olduqları anlamını diqqətə çatdırmaqla bizlərin Şəhidlərimizə ödənə bilmiyən minnət borcumuzu da dilə gətirir. Bu münnət -şəhidlərimizdən qalan yadigarlaradır ideyasın misralara gətirir:

Can verdin, son qoydun zülmə, nəhayət.
Sənin sevdiklərin elə əmanət,
Qəlbə inam əkdin, qollara qüvvət,
Əkdiyin hər toxum, hər dən yadigar!

Poemanın proloqunda müəllif şəhidliyin qəhrəmanlıq səviyyəsində təcəssüm etdirərək, onlardan qalan yadigarları-Vətən başda olmaqla övladları, yar və anaları oxucuya təqdim edir. Bizlərə şəhidlərimizdən yadigar qalan bu müqəddəs varlıqları göz-bəbəyimiz kimi qorumaq ən ülvü borcumuzun olduğunu unutmamağı tövsiyyə edir. şəhid evladlarına arzusunu dilə gətirir. Onların müqəddəs əcdadlarından güc aldıqlarını vurğulayaraq bu gücün tükənməməsini diləyir:

Ey Şəhid övladları!
Açıq olsun yolunuz..
Əcdadlardan güc alsın,
Bükülməsin qolunuz!..

Müəllif poemada tariximizi unutmur. Keçmişimizə boylanaraq oxucusunu dünənə aparır. Bu xalqın uzun illərdən bəri qurban verməsini, millətin hüququnun tapdalanmasını, ermənilərin boynumuza dolanmış bir ilan olaraq hər zaman bu xalqa zülm elədikləri bir bənddə əks edilib:

İki yüz il xalqımız qurban verdi,
Vətən parçalandı edildi, talan.
Millətin hüququ, haqqı tapdandı,
Haylar boynumuza dolanmış ilan.

Şair 44-günlük savaşın zəfərlə bitməsini bu xalqın sıx birliyində, Ali Baş komandana olan güvən və inamında görür. “Millət bir olarsa, sərkərdə, dönməz, diz çökər önündə azğın yağılar.” Poemanın ilk bəndlərində şair birlik və bərabərliyimizi tariximizdə yaşadığımız ən ali hiss kimi dəyərləndirir. Məhz səkkiz noyabırda çalınan qələbə, qara tariximizin təqvimdən silinməsi və yeni qəhramanlıq, zəfər tarixinin yazılması da bu xalqın bir yumruq altında birləşməsi, Dəmir yumruğun Sərkərdəmizin və xalqın igid oğullarının birliyi ilə göylərə ucalmasınının göstəricisidir.
Tarixin yeni zəfər sevinci ilə yazılması əvəzsiz qürurdur. Və biz bu qüruru bizlərə yaşatmaq üçün canlarını qurban verən Şəhidləri uca tutmaqla, onların bizə yadigarlarını hər zaman yaşatmalı, qorumalı və qiymətləndirməliyik ideyası poemanın əsas ana xəttini təşkil edir:

Yüz üç mələyimiz yüz üç çıraqdır
Şəhid igidlərin ocaqlarında.
Yüz üç şəhidlərdən əmanət bizə
Boy atır taleyin yazısı ilə
Nakam anaların qucaqlarında…

Bu yadigarların çoxunu görmək şəhid atalara qismət olmayıb. Savaşa yollanan oğullar ovladlarına ad seçiblər. Və adların çoxu dəyərli məna daşıyır. Bəzi şəhidlər üzlərini görmədikləri övladlarının adlarını öz adlarına yaraşdırıblar. Şair həsrət və nisgil dolu bu duyğuları misralarda ağrının və yanğının portireti kimi verə bilib. Şəhidlərimizin dünyaya gəlməyən övladlarına olan sevginin gücünün də vətən sevgisi qədər ucsus-bucaqsız olduğunu bu misralarda görmək və yaşamaq olur:

Hələ doğulmamış övladlarına
Çoxu ata adın vermiş əzəldən.
Agahmış onları bağrına basmaq
Qismət olmayacaq vaxtsız əcəldən…

Poemada Neftaça rayonun Millli qəhramanları Camalın, Samidin adları xüsusilə çəkilir. Onlardan yadigar qalan övladları şair bizlərə təqdim edir. Milli Qəhraman Camalın yadigarı Alparslanla tanış oluruq. Camalın üç övladı bir oğlu və iki qızı-Əsməd və Əsnadla tanışlıq qürurvericidir:

Onların içində Alparslan da var,
Qəhrəman Camalın yadigarıdır.
Adını öncədən atası verib,
Atası tək sevsin doğma diyarı!
Camalın qızları-Əsmədlə Əsnad
Deyirlər:”Atamız şərəf-şanımız!
Atamız can verən amal uğrunda
Fədadır bizim də əziz canımız”!

Turan isə Milli qəhrəman Samidin övladıdır. Poemada Turanın adı isə daha gözəl bir diləyi yerinə yetirmək üçün müqəddəsləşir:

Samid ocağında Turan böyüyür,
Turan birliyini yaşatmaq üçün!
Ürəklərdə yanan Turan eşqini
Yenidən coşdurmaq, oyatmaq üçün!

Sonrakı bəndlərdə Şəhid Elçinin, Yaşarın, Emin Ağazadənin, Anarın , Nadirin, Zaur Ələsgərlinin, Cavidin və onlarca Şəhid övladı hər bənddə ayrı-ayrı dəyərləndirilir.

Yaşar düz səkkiz il övlad gözlədi
Qəlbində gizlədi həsrətin, sirrin.
O, şəhid olandan sonra doğuldu
Görə bilmədiyi mələyi Nəzrin!
Emin Ağazadə adın şərəflə
Oğlu yaşadacaq-övladı Emin.
Sənin yadigarın elə əmanət.
Ruhun rahat olsun, əmin ol, əmin!

Bəzi məqamlarda şəhidin vətən sevgisi övlad sevgisindən ağır gəlir. Şəhid Anarın xanımının dilindən həyat yoldaşının vətənə olan sevgisinin əvəzsiz olduğu vurğulanır. Gənc yar itirmiş xanımın ilk misralarda sevgisi, həsrəti, həyat yoldaşı ilə fəxr etməsi diqqət çəkir və kövrək anlar yaşadır:

Xanımı nəql edir titrək səs ilə
– qızı doğulanda Anar sağ idi.
İzin verilsə də ancaq gəlmədi
“Qalib əsgər kimi mən gələcəyəm
Qızım Fatiməni görməyə”, – dedi.

Gözlərimiz qarşısında Qarabağ torpağlarını azad görmək üçün üzün görmədiyi balasını belə görməyi sonraya saxlayan Vətənpərvər igid dayanır. Həyat yoldaşının itkisi ilə öz həyatının itmiş bilən xanımlar da poemada diqqət çəkir. Heç bir təsəlli ilə ovunmayan gənc ana şəhid həyat yoldaşının ölümündən sonra ondan yadigar qalan övladının varlığından təskinlik tapır. Ondan qalan oğul və şəhidin əynindən çıxarılan hərbi geyim onun təsəllisi olur. Şair ruhən şəhidlə danışır. Ona vəfalı yarınından xəbər verir: Bu səhnələr ağrılı olsa da bir Azərbaycan xanımının şəhid ərinə verdiyi dəyəri, sevgini təcəssüm etdirir:

Bilsən nə söyləyir vəfalı yarın:
– Vüsal ilə mən də vuruldum,- deyir.
– O gündən özümü ölmüş bilirdim,
Oğlum doğulan gün doğuldum, -deyir.

Digər misralarda ümüdi bir oğlu, bir də ərinin hərbi geyimi olan xanım həyat yoldaşının qoxusunu canlı oğlundan aldığı kimi, cansız bir geyimdən də alır. Hətta paltarları belə çox qoxulamaqdan narahat olur, düşünür ki, çox qoxlamasın ərinin əynindən çıxarılan o paltarı, çox qoxulayarsa bir gün o doğma qoxu itə bilər:

-Təsəllim Vüsalı paltarlarıdır,
Şükür, oğlumuzla paltarların var,
Qorxuram onları çox iyləməyə,
Qoxun birdən itər, bir dən tükənər.

Poemada belə incə məqamlar olduqca çoxdur. Hər bir şəhid xanımı öz həyat yoldaşını gözəl duyğularla xatırlayır. Hər bir xanım həyat yoldaşlarının Vətənə olan sevgilərini özlərinə, övladlarına olan sevgi kimi dəyərləndirirlər. Onlarla qürur duyur, fəxr edirlər. Onların yadigarlarını gözəl yaşatmaq və Vətənə laiqli övlad kimi yetişdirmək üçün ağır və ləyaqətli sınaqdan alnı açıq, üzü ağ çıxmağa çalışırlar. Bu hissədə şəhid övladlarını görməklə yanaşı bir ana obrazını da görmək olur. Şəhid xanımları baş ucalığını ürək yanğısından daha uca tuturlar:

Qızlarım şəhidin övladlarıdır,
Qürur duyacaqlar ömür boyunca!
Şəhid xanımıyam, mənim də fəxrim,
Ürək qəmlidirsə, başımız uca!

Azərbaycan xanımının hər zaman qürurunu uca tutması bu poemada da diqqət çəkir.

Poemada hər hissənin sonunda şairin tarixi qayıtması poemanın təsir gücünü artırmaqla yanaşı həm də gələcək nəslə qanlı yanvardan, Xocalı faciəsindən və s. məlumat verir və onları unutqan olmamğa çağırır. Poemada 20-yanvar hadisəsini qələmə alan Xalq şairi Bəxtiyar Vahabzadə xatırlanır. Bəxtiyar Vahabzadənin illər öncə şəhidlər haqqında yazdığı əsərin nikbin ruhda bitirməsi şairin yadına düşür və onu duyğulandırır. Bu özü də qədirbilənliyin bariz nümunəsi kimi poemaya dəyərli ovqat qatır. Bu xalq xoşbəxdir ki, şəhidlərimizin yerini dolduran oğullar gəlir yer üzünə. Müəllif Bəxtiyarın bir beyiti ilə fikrini nikbin ruha kökləyir:

Gedən oğulların, axan qanların,
əvəzi su səpdi yanan qəlbimə.
O şənbə gecəsi doğulanların,
Onundan doqquzu oğlanmış, demə”.

Birinci hissənin sonunda müəllif yadigarlara üz tutaraq onların Azərbaycan xalqı üçün əvəzsiz varlıq olduğlarını bildirir. Onları ataları kimi hər zaman ön sırada görməyi töfsiyyə edir. Vətənin qurucusu və qoruyucusu kimi yadigarları dəyərləndirən şair deyir:

Siz, ey şəhid övladları!
Ön sırada siz olmalı. Türkün doğma yurdlarını
Zalimlərdən siz almalı!

Bu misralarda böyük bir həqiqət var. Şairin Xarıbülbül fidanları adlandırdığı müqəddəs- şəhid ocağında dünyaya gəlib, tərbiyə alan bu yadigarlar gələcəyimizə bu günümüzün ən böyük ərmağanı və əmanətidirlər:

Siz Vətənə əmanətsiz,
Xarıbülbül fidanları!
Canın verib, düşmənləri
Qarabağdan qovnların.!

İkinci hissə Fədakar analar, fədakar yarlar adlandırılmışdır. Əslində elə bu fədakar analar və yarlar poemanın əsas xətti kimi əsərdə yetərincə işlənmişdir. Azərbaycan xalqına məxsus xarakterdə olan bu qadınlar hər savaşlarda olduğu kimi Qarabağ savaşında da fədakarlıq nümunəsi kimi ağır və əzab dolu bir yükün altında ağrıyan qəlblərini gizlətməyə, mübarizə aparmağa nail olmuşlar. Bu hissədə Fərhad Əzbəyli qələmi çox hallarda bu ağrını və yanğını əks etdirməkdə aciz qalır. Ümumiyyətlə, müharibə dəhşətləri, xüsusilə Qarabağ savaşında erməni zülmü və vurduğu yara çox hallarda misralarda ağrının sızıltısını, iniltisini verməkdə aciz qalmışdır. Müəllif poemada o ağrıları yaşayan anaları bəzən” heykəlləşən qeyrətlər” adlandırır:

Özləri deyillər, surətlər sanki,
Yeriyən, danışan həsrətlər sanki,
Onlar heykəlləşən qeyrətlər sanki…
Şəhid anaları, şəhid yarları,
Atalar, bacılar, ər balaları.

Anaların bu dözümünü şair Allahdan əta olduğunu vurğulayır. Əslində gözəl və məntiqli bir deyim. Onların yaşadıqları bu itgi heç bir ağrıya bənzəməz. Şair də bu ağrını bənzətmək və ifadə etmək üçün dəyərli ifadələr işlətməyə nail ola bilmişdir:

Dözürlər dözümü Tanrıdan əta,
Yəqindir ahları fələyə çatar!
Dözüb-dayanmaqçın əl-ələ tutar,
Şəhid anaları, şəhid yarları,
Atalar, bacılar, ər balaları!

Bu hissədə şair şəhid Cavidin anası Səkinə xanımın dözümünü, oğlunun tabutunun zəif çiyinləri üzərində son mənzilə aparmasını poetikləşdirmişdir. Səkinə ananın dözümü tarixi qəhrəmanlarımızı yadımıza salır. Onun yaşantıları oğlunun tabutu qarşısında düşüncəsi Azərbaycan qəhrəmanlarını, şəhidlərimizi dünyaya gətirib, vətən uğrunda qurban verən analarımızın ümumiləşdirilmiş obrazıdır. Və bu yaşantılar Qarabağ savaşında gündəlik yaşantılarımız oldu. Şəhid anaları bu savaşda dastan yazdılar, bu həm qəhrəmanlıq dastanı oldu, həm də sükuti ilə, səbri ilə, dözümü ilə bir Azərbaycan qadınının bənzərsiz obrazı. Səkinə ana kimi analar yüzlərcə oldu. Anaların zəif qamətləri dünyaya gətirib barın- bəhrəsin görmədikləri igidlərin tabutu qarşısında əyilmədi, onlar ağrılarını, acılarını içlərində gömdülər, məğrur dayandılar:

Şəhid Cavidini başının üstündə
Məzara apardı Səkinə ana.
Əcdadı Tomrislər olan millətin
Qadını, anası qadirdir buna.

Daşınmaz dərdi hünərlə daşıyan ananın əslində içindəki yanğının odunu hər bir kəs canında yaşadı. Şair bu yanğının, ağrını içində yaşadır və onu yetərincə çatdıra bilir. Şair şəhid analarının bu ağrılarını qiymətləndirdiyi kimi də qürur duyur. Ananın dağdan ağır və daşınmaz dərdini aşağıdakı misralarda dəyərləndirir:

Göy qübbəsi belə ağır deyildi,
Görsəydi Antey də heyrət edərdi.
Qürurla başının üstə qaldırıb,
Daşıdın hünərlə daşınmaz dərdi.

Poemada Nargülün də yaşantıları əksin tapır. Həm qardaş, həm də ər itkisi onun mərd qamətini əyə bilmir. İlk öncə qardaşını şəhid verən Nargül onu məzarına ilk torpağı özü atır. Böyük dözümlə yaşadığı acıya tab gətirir, özü demiş “dərdin udur”. Bu dərd soyumamış Nargülün əri şəhid olur. Azərbaycan qadınının böyüklüyü, cəsarət Nargülün öz dilindən verilir:

Ancaq toparladım mən iradəmi,
Adilin nəşini özüm gətirdim.
Yarımın tabutun çiynimə alıb,
Məzara tapşırdım- sağalmaz dərdim…

İkinci hissənin sonunda şair Azərbaycan xanımının sədaqəti, qüruruna, sevgisinə ən böyük qiyməti verir:

Belə sevgilisi, xanımı olan,
Alınmaz qalalar fəth edə bilər!
Biz yalnız cəbhədə qalib olmadıq,
Harda bizi kiçik görən vardısa,

Onlar üzərində həm çaldıq zəfər!.
Öğullar can verdi Vətən uğrunda,
Kimi şəhid oldu, kimisi qazi
Dərdə əyilmədi, mərdanə dözdü
Yurdumun fədakar gəlini, qızı.

Müəllifin bir obraz kimi lazımı məqamlarda poemaya daxil olaraq, münasibət bildirməsi obrazlar sisteminin dolğunlaşmasına xidmət edir. Biz hər bir hissənin sonunda bunun şahidi oluruq.

Sonuncu hissə Milli qəhrəmanın anası Filarə anaya həsr edilsə də biz bunu bütün şəhid analarının simalarında dəyərləndiririk. Aşağıdakı misalda da bunu müşahidə etmək olar:

Şəhid əzizləri! Yanan bağrına.
Azad Vətənimiz məlhəm ağrına.
Kimi canın verdi torpaq uğruna,
Kimi candan əziz cananın fəda!

Kimi ifadələrdə şəhid verənlərin də əzizləri qədər hörmətə, sevgiyə laiq olduqları vurğulanır. Poemanın sonuncu hissəsinin də əsasını şəhidlərimizin qəhramanlıq zirvəsinə ucalmaları və onlardan xalqımıza qalan yadigarlar təşkil edir. Sonuncu bəndlərdə şəhidlərin simasında Camalın anası Filarə anaya şairin diləkləri və şəhidlərin ən böyük yadigarlarının Vətən olduğu həqiqəti əsərin sonluğunu daha da uğurlu edir:

Qapından asılı o qoşa bayraq,
Millətə arxadır, Vətənə dayaq.
Ömür et şərəflə, hər vaxt üzüağ!
Bayrağın enməsin, Filarə ana!
Camalın hünəri dillərdə dastan,
“Hadrutun fatehi” adını aldı.
Hamı köç edəcək ya tez, ya da gec.
O getdi, yadigar bu Vətən qaldı!

Poemanın epiloqunun şəhidlərə xitabən deyilən bir nəğmə kimi qəbul etmək olar. Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından da təsirlənmə diqqəti çəkir. Bu da şairin yaradıcılığına olan sevgi və hörmətin bir nişanəsidir.

Şəhidlərimiz xalqımıza bir qeyrət nümunəsi kimi yadigar qaldı. Şairin dediyi kimi:

Fədəkarlığınız, mətanət, qeyrət,
Soyumuş qəlblərə verdi hərarət
Sizdən xalqımıza hünər, şərafət,
Sədaqət, dəyanət qalıb şəhidlər!

Poema şəhidlərimiz haqqında qiymətli bir dastandır. Bu günümüzün real yaşantıları, sabahımıza, gəncliyimizə şəhidlərimizdən qalan yadigarlardır- Vətən, övlad, yar və ana yadigarı. Onları qorumaq üçün tariximizi yazmaq və unutmamaq lazımdır! Elə poemanın əsasını da bu ideya təşkil edir.

Mərziyyə Nəcəfova
Filologiya elmlər doktoru

QOSHE - Fərhad Əzizbəylinin  “Yadigarlar” Poemasında Şəhidliyin Bədii Təcəssümü - Merziyye Necefova
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Fərhad Əzizbəylinin  “Yadigarlar” Poemasında Şəhidliyin Bədii Təcəssümü

17 1
18.03.2024

Fərhad Əzizbəyli Ədəbiyyat tariximizdə Qarabağ, xüsusilə şəhidlik mövzusunda yazan şairlərdən biri olaraq diqqət çəkir. 30-illik bu illər ərzində poeziyamızın aparıcı mövzusu olan şəhidlik mövzusundan yazmaq qürur verici olmaqla yanaşı həm də çox çətindir. İllər əvvəl Fərhad Əzizbəylinin Neftçalanın milli qəhrəmanları şəhid- Camal və Samid, Azərbaycan bayrağı ordenli Xəyyam Əzizov haqqında yazdığı poema hər üç şəhid yaqqında bir dastan, qəhrəmanlıq salnaməsi kimi yadda qaldı. Şəhidin uşaqlıq, gənclik illəri, yaşantıları, öz həmyaşıdlarından seçilmələri, Vətənə, anaya, ataya, el -obaya münasibəti onun poemalarında tam və dolğun şəkildə əks edilirdi. Müəllif oxucusunun gözləri qarşısında tanımadığı bir qəhramanın portiretini elə canlı şəkildə canlandırırdı ki, o şəhid haqqında tam , dolğun fikir əldə edilirdi. Poemalarında qəhramanını yalnız cəbhə xəttində deyil ailədə, cəmiyyət kontekstində canlandıran müəllif şəhidlik məqamına qədərki bir Azərbaycan igidinin ailədə və məktəbdə, cəmiyyətdə fərqli xarakterini, cəbhəyə yola düşənə qədərki yaşantısını qəhrəmanlığa gedən bir cığır, bir körpü kimi izlədərək bu qəhrəmanın bir günün işi deyil uzun illərin qazancı və vəhdəti olduğunu müşahidəçi bir şair, yazar kimi dəyərləndirirdi. “Şəhid məzarların müqədddəs nur ocağı kimi dəyərləndirən şairin misraları o məzarlardan qor aldığı üçün belə müdrükdür. Şəhid verdiyimiz ilk illər- 90-cı illər yada düşür. Bugünkü qələbimizdə birnci Qarabağ şəhidlərinin məzarlarından od alan, o məzarlar önündə and içən igidlərimiz 44 günlük Vətən savaşını zəfər sevincləri ilə bitirə bilərdi.”(M.N.”F.Əzizbəylinin poemalarında Vətən müharibəsi, Şəhid obrazı”)

Şəhid məzarları nur ocağıdır,
Müqəddəs qor düşər qəlblərə ordan,
O oddan güc alan igidlərimiz,
Vətəni çıxarar, çilədən, dardan. (Vətən sevdalısı)

Şəhidlik mövzusunda çoxsayda poemalar yazan şair Şəhid verən ailənin yaşantılarını özünəməxsus bir baxışla müşahidə edir və son zamanlar yazdığı “Yadigarlar” poemasında daha incə və duyğusal məqamları diqqətdən kənarda qoymur. Əsər üç hissədən ibarətir. Şəhidlərdən bizlərə yadigar qalan övladlar, yarlar və analar poemada ayrı-ayrı hissələrdə poetikləşir. Hər hissədə biz ilk öncə şəhid obrazını görürük, yəni şəhidliyini bədi nümunələrdə təccəssümü, şəhidin övladı ilə, yarıyla və anası ilə ruhən yaxınlaşması, onlarla dioloqu və addım-addım ruhunun bu üç şəxs üzərində gəzməsi, izləməsi və əsas da narahatlığı əvəzsiz şəkildə təsirli, duyğusal yaşantılar, ağrılı məqamlar yaradır. Şəhidlik qürur, fəxarət doğursa da bəzi məqamlarda real yaşantılar ürək parçalayır. Proloq Şəhidliyin uca və əvəzsizlik ideyası ilə başlayır. Şair Vətənin Şəhidlərimizdən qalan ən ilk yadigar olduğu ideyası ilə əsərin təsir gücünü həm artırı, həm də Vətənpərvərliyi təbliğ edir. Gəncliyə, gələcəyimizə bir mesaj verir:

Dünyada silinməz izi qalmalı,
Qoyma unudulan, itən yadigar.
Hər kəsdən bir nişan, xatirə qalar,
Şəhidlər, sizdənsə Vətən yadigar.

Şair şəhidlərdən qalan yadigarlar içərisində Vətəni ilk olaraq götürür və beləliklə Azərbaycan xalqını Şəhidlərimizdən miras və yadigar qalan bu Vətəni gözdən bir an da belə kənarda qalmamasına səsləyiri. İkinci bənddə isə şəhid ruhalrına rahat və aram olmalarını, dinclik tapmalarını diləyir. Şəhid ruhlarının rahtlığını Azrbaycan xalqının yaralarına məlhəm olduğlarına görə daima şad olduqları anlamını diqqətə çatdırmaqla bizlərin Şəhidlərimizə ödənə bilmiyən minnət borcumuzu da dilə gətirir. Bu münnət -şəhidlərimizdən qalan yadigarlaradır ideyasın misralara gətirir:

Can verdin, son qoydun zülmə, nəhayət.
Sənin sevdiklərin elə əmanət,
Qəlbə inam əkdin, qollara qüvvət,
Əkdiyin hər toxum, hər dən yadigar!

Poemanın proloqunda müəllif şəhidliyin qəhrəmanlıq səviyyəsində təcəssüm etdirərək, onlardan qalan yadigarları-Vətən başda olmaqla övladları, yar və anaları oxucuya təqdim edir. Bizlərə şəhidlərimizdən yadigar qalan bu müqəddəs varlıqları göz-bəbəyimiz kimi qorumaq ən ülvü borcumuzun olduğunu unutmamağı tövsiyyə edir. şəhid evladlarına arzusunu dilə gətirir. Onların müqəddəs əcdadlarından güc aldıqlarını vurğulayaraq bu gücün tükənməməsini diləyir:

Ey Şəhid övladları!
Açıq olsun yolunuz..
Əcdadlardan güc alsın,
Bükülməsin qolunuz!..

Müəllif poemada tariximizi unutmur. Keçmişimizə boylanaraq oxucusunu dünənə aparır. Bu xalqın uzun illərdən bəri qurban verməsini, millətin hüququnun tapdalanmasını, ermənilərin boynumuza dolanmış bir ilan olaraq hər zaman bu xalqa zülm elədikləri bir bənddə əks edilib:

İki yüz il xalqımız qurban verdi,
Vətən parçalandı edildi, talan.
Millətin hüququ, haqqı tapdandı,
Haylar boynumuza dolanmış ilan.

Şair 44-günlük savaşın zəfərlə bitməsini bu xalqın sıx birliyində, Ali Baş komandana olan güvən və inamında görür. “Millət bir olarsa, sərkərdə, dönməz, diz çökər önündə azğın yağılar.” Poemanın ilk bəndlərində şair birlik və bərabərliyimizi tariximizdə yaşadığımız ən ali hiss kimi dəyərləndirir. Məhz səkkiz noyabırda çalınan qələbə, qara tariximizin təqvimdən silinməsi və yeni qəhramanlıq, zəfər tarixinin yazılması da bu xalqın bir yumruq altında birləşməsi, Dəmir yumruğun Sərkərdəmizin və xalqın igid oğullarının birliyi ilə göylərə ucalmasınının göstəricisidir.
Tarixin yeni zəfər sevinci ilə yazılması əvəzsiz qürurdur. Və biz bu qüruru bizlərə yaşatmaq üçün canlarını qurban verən Şəhidləri uca tutmaqla, onların bizə yadigarlarını hər zaman yaşatmalı, qorumalı və qiymətləndirməliyik ideyası poemanın əsas ana xəttini təşkil edir:

Yüz üç mələyimiz yüz üç çıraqdır
Şəhid igidlərin ocaqlarında.
Yüz üç şəhidlərdən əmanət bizə
Boy atır taleyin yazısı ilə
Nakam anaların qucaqlarında…

Bu yadigarların çoxunu görmək şəhid atalara qismət olmayıb. Savaşa yollanan........

© dibace.net


Get it on Google Play