We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Erməni mühasirəsi və balaca Səccadın ilk Qarabağ savaşı – HEKAYƏ

4 0 0
07.07.2020

Artıq əmr gəlmişdi ki, kənd tərk edilməlidir. Mürsəl kişi bomboş gözləri ilə olanları seyr edirdi. Gülçöhrə xanım isə ərinə olan ehtiramından bir şey deyə bilmirdi. Bütün ailənin gözü Mürsəl kişinin verəcəyi qərarda idi. Kənd camaatı maşınlara minib, mümkün olan ev əşyalarını yığıb təcli şəkildə kənddən çıxırdılar. Ətraf da qar içində olduğundan, axşama düşmədən çətin olan sıldırım kənarlı yolları keçmək istəyirdilər. Mürsəl kişi çevrilib evə baxdıqda, həyətin ortasında Gülçöhrənin və 2 uşağın həyəcanlı şəkildə baxdıqlarını gördü. Mürsəl və Gülçöhrənin 2 qızı var idi. Fatimə 11-ci sinfi bitircəkdi. Sara isə 8-ci sinifdə oxuyurdu.

Artıq qonşu kəndlərə ermənilərin girməsi xəbəri kəndə ildırım sürəti ilə yayılmışdı. Bəzi ailələr kəndi onsuz da çoxdan tərk etmişdilər. Amma kəndin 60% öz işlərində-güclərində idi. Amma son xəbərlər kəndi tərk etməyin zəruri olduğunu deməyə əsas verirdi. Əsgərlərin sayının azlığı və silah-sursatın demək olar ki, yalnız avtomat və qumbaralardan ibarət olduğu da hamı tərəfindən bilinirdi. Sübh tezdən isə bəzi əsgərlərin də kəndi tərk etməsi insanlarda az olan ümidi də kəsdi. Yerdə qalan əhali də sübh tezdən kəndi tərk etməyə başlamışdı. Kişilərin də qalıb vuruşmağı üçün heç bir silah-sursat yox idi. Bu baxımdan əlac ancaq kəndi tam olaraq tərk etməyə qalmışdı.

– Gülçöhrə, girin içəri, uşaqlar soyuqlayar. Mən də bir azdan gəlirəm, – Mürsəl elə tərzdə göstəriş verdi ki, etiraz etmək üçün heç bir yer qalmadı. Gülçöhrə anladı ki, Mürsəlin bu camaatla kəndi tərk etmək fikri yoxdur.

Gölçöhrə uşaqları yanına salıb, evə girdi. Nə otura, nə də dayana bilirdi. Uşaqları təşvişə salmamaq üçün nə qədər özünü ələ almağa çılışırdısa, alınmırdı ki, alınmırdı. Uşaqlar analarını heç vaxt bu vəziyyətdə görmədiklərindən, həyəcandan tir-tir əsirdilər. Ermənlərin qonşu kəndlərdə törətdikləri cinayətlərdən xəbərdar olan qızlar, hansı təhlükə ilə üzbəüz olduqarının fərqində idilər. Amma atalarına da olan güvənləri sonsuz idi. Bu vaxta qədər ataları tərəfindən etimadlarını sarsıdacaq heç bir hadisə baş verməmişdi. Elə bu səbəbən təmkinlə atalarının verəcəyi qərarı gözləyirdilər.

Bir qədər sonra Mürsəl evə gəldi və keçib oturdu. Uşaqlar sual dolu baxışlarla atalarına baxırdılar. Gülçöhrə Mürəslin bu qədər aramlığının arxasında nəyin dayandığını bilmək istəyirdi. Mətbəxə keçib, çaydanı qazın üzərinə qoydu. Geri qayıdıb otağa keçmək istədikdə, qarşısında dayanan Mürsəlin baxışları ilə rastlaşdı.

– Mənim pisimə gəlir. İllərlə bu elin-obanın çörəyini yeyib, suyunu içmişik. Yaxşı günündə süfrəsi kənarında oturmuşuq. Bütün nəsil-nəcabətimiz bu torpaqlarda yaşayıb. İndi bir təhlükə qarşısında sanki bizi buralara heç nə bağlamırmış kimi, tərk etmək – pisimə gəlir. Özü də gör kimlərin qarşısında bu vəziyyətə düşmüşük?!

Mənim babam, atam ermənilərin qarşısına çıxanda, onlar o kişilərin gözünün içinə dik baxa bilmirdilər. Çünki, onlar özlərini və bizi çox yaxşı tanıyırdılar. Dünənə kimi işlərini yoluna qoymaq üçün arvadlarını irəli verən bicbalalar, indi bizim kənd-kəsəyi talayırlar, – Mürsəl əlini atıb cibindən bir filtrsiz siqaret götürdü. Kibriti nə qədər çəkdisə, yandıra bilmədi. Hirslə siqareti də əzib, pəncərədən çölə atdı, – Əsas canımızı salamat çıxartmaq deyil, əsas canımız kimi vicdanımızı da salamat saxlamaqdır.

– Mən özüm üçün narahat deyiləm, Mürsəl. Qızlar çox narahatdır. Sənin yanında dinməslər də, onların içi tir-tir titrəyir. Yol uzun və təhlükəlidir. Bu camaatla getsək, heç olmasa bir-birimizə hayan olarıq. Amma..., – Gülçöhrə qızları eşitməsin deyə, səsini lap qısaraq pıçıltı ilə danışırdı.

– Kim kimə hayan olacaq? Çıx gör ki, sənin evdə qalmağından bir nəfərin xəbəri var? Hər kəs öz kilim-xalçasının dərdindədir. Elə bil bu kənddə ən dəyərli şeyləri elə bunlardır, – Mürsəl əli ilə pəncərədən qarın altında qalan iki ağacı göstərərək dedi:

– Bax həyətdəki iki iydə ağacını çiçəklərim öz əlləri ilə əkib. Onların meyvələrini hansısa dığaların yeyəcəyini düşündükdə, hirsimdən ürəyim partlayır. Bu evi rəhmətlik atam min cür zülmlə tikib. Bu evin hər daşında, bu həyətin hər qarışında, bu küçələrdə, dalanlarda bir ömür boyu danışacağım xatırlər var. Gülçöhrə, buranı bu asanlıqla necə tərk edə bilirlər? – Mürsəl əlinin arxası ilə göz yaşlarını silib, üzünü gizlətməyə çalışırdı, – Bütün uşaqlığım, xatirələrim bura ilə bağlıdır. Tay Əhməd, Qoşqar, Mirələm, Ağamehdi niyə şəhid olurdular ki?! Əgər sonunda bu kəndi tərk edəcəkdiksə, elə yerdə qalan onların qanı oldu...

– Heç kəsin qanı hədərə getməyib, Mürsəl. Onlar qanları ilə bizim yenidən buralara qayıtmağımız üçün səbəb verdilər. Gedən insanları da qınama. Heç kəs sevə-sevə öz elini-obasını tərk etmir. Bax, bir neçə gün ərzində Gülgəz xalanın, Seyid Lazım babanın, Ağa Kərim kişinin rəhmətə getməsi elə-belə iş gəlməsin. Onlar kəndi tərk etmək xəbərinə ürəkləri tab gətirmədi. Sən 40-45 ilin haqqında düşünürsən. Onlar 80-90 illərini buralarda keçirdiblər. Sən məgər maşınlara minən qadınların ağlaşmasını, kişilərin sifətlərindəki pərtliyini görmürdün?

Mürsəl cavab vermədən pəncərədən həyətdəki iydə ağaclarına uzun-uzadı baxdı. Sonra Gülçöhrəyə sarı dönüb, gözlərinin içinə baxdı. Bir şey demədən otaqa keçib, qızlarının divanda mürgülədiyini gördü. Üstlərinə adyal atıb, çöl işığını yandırdı. Çöldə səs küy yavaş-yavaş azalırdı.

Günəş işğal olunmuş kəndlərin üstündən yavaş-yavaş boylanırdı. Sübhə qədər yatmayan Mürsəl və Gülçöhrə həyətə düşdülər. Kənddə heç kəs qalmamışdı. Mürsəl həyət qapısını açıb, aramla çölə çıxdı. Köç edənlərin........

© Dəyərlər


Get it on Google Play