We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Evimizi yıxmayın!!!

3 0 193
04.03.2019

Dəmiryol nəqliyyatıyla şəhərə gələn qonaq qədəmini ilk olaraq bu torpağa basanda onunla rastlaşır... Və qonaq bəlkə də soruşur - kimdi bu nəhəng heykələ dönmüş adam? Niyə burda dayanıb? Heykəllər danışa bilmir... Amma lal daşların ürəyindəkiləri deyənlər yoxmu bu məmləkətdə? Bəşəriyyət əbədiyyətini qazanmış insanları bu günə daşıyıb, tarixi unutmamaq üçün muzeylər yaratmaq təcrübəsi qazanıb. Bəzən heç mövcud olmayan birinə muzey yaradıb. Londonda Şerlok Holmsun ev-muzeyi var. Holmsu tanıyırsız? Əlbəttə tanıyarsız... İngilisdi axı. Rusiyada "Stansiya nəzarətçisi" muzeyi var... Puşkinin əsərini xatırlayırsızmı? Təbii, xatırlayarsız... Böyük rus xalqının oğludur...

Kəndim balacasan, çox balacasan... Amma bu balaca kənddə böyük insanlar doğulub yaşayıb... Bizim var olmağımız üçün yaşayıb. Və bu gün hansısa kürsüdə oturub qərar verir böyüklüyünə paxıllıq edən kiçiklər. Fikirləşmir ki, o kürsünü də o böyüklər qazanıb bu gün üçün...

Silmək istəyirlər bizim mənəviyyatımızı. Bu gün əlinin zəhməti ilə tikdiyi evi söküb-yıxarlar. Sabah heykəlin yerinə gözləri düşər, onu yıxarlar...Yıxıb bir torbaya doldurarlar pulları. Sonra da ölkəni tərk edib xımır-xımır xərcləyərlər...

Səadətini Tanrın qədər sevdiyin bu xalq bircə səni də yaşatmadı... deyərsən...

Oqtay Eloğlu Aslan bəyin üzünə pulları çırpanda deyir: "Bəli! Budur səbəb, bu! Yüksək bir eşqi........

© Ədalət