We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əməkdar artist “Qarabağ şikəstəsi”nin sözlərini dəyişdi

5 0 19
08.04.2019

Elnur Zeynalov: "Qarabağın işğalına göz yuman, ikili standartlar nümayiş etdirən, yurdumun viran qalmasına şərait yaradan dünya ictimaiyyətinə bir etiraz səsimdir”

Tanınmış xanəndə, Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində Məcnun, Qərib, Kərəm obrazlarını istedadla yaradan Elnur Zeynalov daim axtarışdadır. Qalmaqallardan, sənətdəki çəkişmələrdən həmişə uzaq olan xanəndə muğamlar, xalq və bəstəkar mahnıları üzərində çalışır, konsertlər verir, dövlət tədbirlərində çıxış edir, ustadlarından mənimsədiklərini gənc pedaqoq kimi Bakı Musiqi Kollecindəki tələbələrinə öyrədir.

Elnur Zeynalov bu günlərdə maraqlı bir yeniliyə imza atıb, "Qarabağ şikəstəsi”nin mətnində müəyyən dəyişiklik edərək ifa edib. Müsahibimin fikrincə, hər bir sənət adamının həm də vətəndaş mövqeyi olmalıdır. Mətndəki yeni redaktə doğma yurdu Qarabağın erməni işğalına biganəlik göstərən dünya ictimaiyyətinə onun bir etirazıdır.

- İstərdim söhbətə "Qarabağ şikəstəsi”nə etdiyiniz düzəlişdən başlayaq...

- Qarabağ hər birimizin yaralı yeridir. Dədə-baba torpağımın, doğulduğum Ağdamın erməni işğalçılarının tapdağı altında qalması ürəyimi göynədir. Səhnədə, telekanallarda, radio efirlərində çıxışlar zamanı qəlbimin ağrılarını tamaşaçılara, dinləyicilərə çatdırmağa çalışıram. Amma hər dəfə hiss edirdim ki, nəsə çatmır, daha nələrsə etmək lazımdır. Yaxın bir dostumla bu barədə çoxdan idi düşünürdük, nəhayət qərara gəldik və "Qarabağ şikəstəsi”nin mətninə düzəliş elədik.

Sənət bilicilərinə məlumdur ki, "Qarabağ şikəstəsi” xanəndəlik sənətimizdə şikəstənin iki növündən biridir və XIX əsrdən başlayaraq zərb muğam kimi ifa edilir. Xalq bayatılarından........

© Ədalət