menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Öncə Türkəm, Türkçüyəm, sonra Müsəlmanam. Öncə Türk Millətinin mənfəətini savunuram, sonra İslamın.

8 0
23.07.2025

Öncə Türkəm, Türkçüyəm, sonra Müsəlmanam.
Öncə Türk Millətinin mənfəətini savunuram, sonra İslamın.

Abil Babaoğlu- ən yaxin dostum, güvəndiyim əqidədaşim, qardaşim dünən gözəl bir məqalə yazmışdı, paylaşdım, təqdir etdim, bu günkü postuna isə cavab vermək məcburiyyətində qaldim. Xatirladiram ki, bu bir müzakirədir, qarşidurma deyildir və bir çox fikirlərə aydinliq gətirmək məqsədi ilə yazdim.
Abil Babaoğlu yazir
1923 te Türkiye’ye getirilmek istenilen Türkçülükle,bu gün siyonizmin Azerbaycan’a getirmek istediği Türkçülüğün amacı aynı:
İslam dünyasının önderi olan Türkleri İslam dünyasından koparmak ,yalnızlaştırmak vesonra kolayca siyonizmin aleti haline getirmek amacı güdüyor
Türkler 1000 yıldır İslamın bayraktarı ve önderi olmuştur ve olmaya devam edecektir
Türkün yeti katil siyonizmin yanında değil,İslam dünyasının lideri olmaktır.
Niğar Ögeday yazir.
Abim, Azerbaycan’da Türkçü kimliğiyle tanınan birçok alim, yazar ve siyasetçiyi üç kuruşa satın almışlar. Üstelik bunların çoğu, bir zamanlar Azerbaycan hükûmetine muhalif olan isimlermiş. Muhtemelen Azerbaycan istihbaratının elinde bu kişilerin listesi de vardır. Uzun sürmez, tıpkı Rusya gibi, İsrail’le de yollar ayrıldığında, İsrail bu trol grubunun isimlerini paylaşacak. Gerekçesi de şu olacak: “Siz artık deşifre oldunuz, sizinle çalışamam.” Böylece hepsini kullanıp kenara atacaklar.
Bu kesim, her dönemin insanıdır. İhtiyaçtan değil, karakterden dolayı bu hâle gelirler. Maalesef, bunların çoğu “millî hareketten” çıkmış gibi görünür.
Öz dostlarima Cavab verirəm.
İndi Azərbaycanda türkçü görüşlü kəsim çox azdir. XX əsrin əvvəlləri ilə müqayisədə, XXİ əsrin əvvəllərindəki Türkçüluk görüşləri və türkçülük hərəkatlari müqayisə edilməz dərəcədə azdir.Elçibəy dönəminin Türkçü aydinlarinin əksəriyyəti də dünyadan köçdülər. Qalanlar da 3- 5 nəfər.
Azərbaycanda bütun siyasi maraq kəsimlərinin, mənfəət qruplarinin, “izm” lərin hücum və basqilarina məruz qalan 3-5 türkçülərdən biriyəm.
Milli Hərəkatdan çixmişam. Türkçüyəm. Fakat Türk- İslam dünyasinin qurulmasindan yanayam.
Sizin Türkçüləri Sionizmə çalişan kəsim kimi alqilamağiniz çox yanliş mövqedir. Biz sionizme qarşi savaşanlardaniq. Bizim sionizmle nə əlaqəmiz ola bilər ki.
Türkçüyəm, fəqət din düşməni deyiləm. Əksinə İslami savunduğum üçün bir çox dostlarimi itirmişəm. İslami savunuram, çünki bilirəm ki, din sivilizasiyanin əsasinda duran təməldir, mədəniyyətlər din üzərindən şəkillənir. Bizim sivilizasiyamizin adi Türk- İslam sivilizasiyasidir. Bu sivilizasiyanin mərkəzi qurucu ünsürü 7-10 əsrlərdə Ərəblər, 10- 20 əsrlərdə Türklər olmuşlar. Farslar isə bu sivilizasiya içində qurucu mərkəzi güc ola bilməmislər, əksinə, öz ayirici fars islam modellərini yaratmişlar.
Türk milləti güclü olmuşdur ki, 10 əsr İslam dünyasina rəhbərlik edə bilmişdir, bu dünyani qorumuşdur, yön vermişdir, nizamlamışdir. Türksüz İslam dünyasi yoxdur, Türksüz Türk-İslam perspektivi də yoxdur.
Azərbaycanin sosial şəbəkələrində İslami söyən, Türkçu kimi çixiş edən qati, faşist Türkçü görünən şəxsləri çoxdan səhifəmdən silmişəm. Türk- islam perspektivini müdafiə etdiyim üçun daim onlarin saldirilarina uğramişam. Ancaq başa düşurəm ki, bəzən mən də səhv etmişəm.
Bir çox hallarda səbrli olmaq gərəkir, çünki Türkçülük ideoloji- siyasi görüşləri özü də indi bir evrim sürəci keçirir, çünki Türkçüluk XXI əsrin cağirışlarına cavab hazirlamalidir. Lakin bizim Türkçulər hələ XX əsrin tələbləri ilə düşünürlər, bütövlukdə Türk dünyasi XX əsrin Türkçülüyunu tam mənimsəməmiş, həzm etməmiş XXİ əsrin çağirışlari bizi haqladi. Biz bu çağirişlara cavab hazirlamişiqmi?
Yox, yox. Vaxtimiz azdir. Tələsməliyik.
XX əsrin Türkçülüyü böyük Turan coğrafiyasini və vahid Türk millətini fərqli dillərə, kimliklərə, əlifbalara bölüb parçalayan, imperializmə yem edən coğrafiya millətçiliyi paradiqmalarina əsaslanirdi. Turan millətçiliyi, Türkçülüyu kiçik cografiya millətçiliyinə- Azərbaycançiliga, Türkiyəçiliyə, Özbəkistan, Tataristan Türkmənistan səviyyəsinə endirildi. Böyuk Türk millətindən kiçik kiçik Azərbaycanli, özbək, qirğiz qazax, tatar ulusları yaratdilar. XX əsr Türkçülüyü Atatürk və Rəsulzadə şəxsiyyətində simgələnmişdir ki, indi XXI əsrin yeni perspektivlərinə cavab vermir.
XXİ əsr yeni çağirişlar çağirir. Türkçülük düşüncəsi Türk millətini XXİ əsrin çağirişlarina hazirlamalidir.
XX əsr Türkçülük düşüncəsi Batiya heyran olan, Bati mifini ideallaşdiran, Turan sistemini Bati sistemi ilə uzlaşdıran və Bati sisteminə, Bati mədəniyyətinə yenilən bir Türkçüluk anlayişi ürətdi.
XXI əsr Türkçüluk düşüncəsi Bati mədəniyyət mifini yenən, Bati sisteminin kürəsəl hegemonluğunu rədd edən, Bati sivilizasiyasina alternativ olan Turan və Türk-İslam sivilizasiyasini qurmaği hədəf alan Türkçülukdür. XXI əsr Türkçülük düşüncəsi Turan mədəniyyətini və Turan sivilizasiyasini ontoloji təməl kimi əsas alan Özə Dönüş siyasi- kültürəl- fəlsəfi hərəkatdir. Anti........

© Turkish Forum