menu_open
Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Xoşbəxt ada

17 0
29.06.2024

(Hekayə)


Elitar qumarbazlar kazinonun ortasında "Yeeesss-yeeesss!” deyə bağıraraq tullanıb-düşən Samirlə birgə qışqırışdılar. Ruletkanın ətrafındakılar onu necə gəldi qucaqlayır, ehtirasla təbrik edirdilər. Onların bu çılğınlığı həlledici anlarda qol vuran futbolçunu sevincdən minən oyunçu dostlarının hərəkətinə bənzəyirdi.

Nəhayət, on ildən çox fəaliyyət göstərən kazinoda ruletin diyircəyi üçüncü dəfə "Xoşbəxtlik adası”na düşmüşdü.


Madridin mərkəzində yerləşən bu kazinonun sahibi məşhur ispan qumarbazı Qonsalo Qarsiya-Pelayodur. Kazino həvəskarı Qonsalo bir vaxtlar kazinoda qazanmağın məntiqi yollarını aramış və özünün kəşf etdiyi riyazi silsilə ilə yatırım edərək ən çox bəxti gətirən qumarbaza çevirilmişdi. Bu uğurlarından şübhələnən bəzi kazino sahibləri hətta onu fırıldaqçı kimi məhkəməyə də vermişdilər. Tezliklə zənginləşən qumarbaz paytaxtın ən böyük kazinolarından birinə sahib olmuşdu.


Qonsalonun kazinosunun başqa kazinolardan fərqi ruletində diyircəyin düşə biləcəyi deşiyin olmasıdı. Həmin deşik ruletin yuxarısında, diyircəyin ora düşməsinin ehtimal edilməyən bir hissəsində yerləşir. Deşik həm də diyircəyin zorla sığa biləcəyi ölçüdədi. Qonsalonun fantaziyasının məhsulu olan həmin sirli deşik bu kazinonu bütün qumarbazlar üçün cazibəli etmişdi. Məsələ burasındadı ki, yüksək məbləğ tələb edən və qazanmaq şansı təxminən sıfıra bərabər olan həmin sirli deşiyə düşən müştəri kazinonun hesabına, İndoneziyanın Hind okeanında yerləşən "Xoşbəxtlik adası”na birgünlük səyahət şansı qazanır. Dünyanın ən qeyri-adi yerlərindən biri olan həmin əfsanəvi adanın sakinlərinin rahatlığını pozmamaq üçün İndoneziya dövləti adaya sivil insanların buraxılmaması haqda rəsmi qərar qəbul edib. Lakin, adanın sivil dünyadan əlaqəsinin tamamilə kəsilməməsi üçün Qonsalo bir vaxtlar yaxından dostluq etdiyi İndoneziya prezidenti Coko Vidodoya maraqlı bir kazino turizmi təklif etmişdi. Prezident xüsusi azart sahibi olan köhnə dostunun ideyasını maraqla qəbul etmişdi. Həmin razılaşmaya görə kazinoda bəxti gətirən müştəri Madriddən Cakartaya, oradan da tərcüməçilər və qorumaçıların müşaiyəti ilə helikopterdə "Xoşbəxtlik adası”na aparılmalı idi.


Əslində "Xoşbəxtlik adası” adlandırdığımız həmin adanın rəsmi adı yoxdu. Adaya bəzən "Xoşbəxt ağac”, yaxud, sadəcə, "Xoşbəxtlər” adası da deyirlər.

Cəngəlliklərdən ibarət olan bu böyük və geniş adada altı minə yaxın insan yaşayır. Onlarin dilində çox az sayda söz var. Adanın böyüklüyünə baxmayaraq sakinlər əsasən, nəhəng göbələyə bənzəyən sıx budaqlı, həmişəyaşıl, qocaman bir ağacın ətrafında məskunlaşıblar. Ada sakinləri yalnız həmin Xoşbəxtlik ağacının təxminən ceviz böyüklüyündə olan yaşıl meyvəsi ilə qidalanırlar. Xoşbəxtlik ağacının meyvəsi insana lazım olan bütün qidaları əvəz etmək gücündədi.


Planetimizdə yeganə olan ağacın ən unikal xüsusiyətlərindən biri də onun meyvəsinin endorfin, serotonin və melatonin kimi xoşbəxtlik hormonları ilə zəngin olmasıdı. Elə buna görə qəbilə sakinləri tükənməz xoşbəxtlik içində yaşayırlar. Bütün bunlar Xoşbəxt qəbilə haqda yayılan cürbəcür məlumatlardan, gələn xəbərlərdən, danışılanlardan bir parçadı.


Kazinoda ara sakitləşdikdən sonra "Xoşbəxtlik adası”nı udan bu şanslı adamı məlumat otağına dəvət etdilər. Otaqda onunla iki vəkil aydınlaşdırma söhbəti apardı. Adaya getməyin şərtləri Samirə əvvəlcədən məlum olsa da ona bir daha xatırlatdılar: "Bilirsiniz ki, bu unikal səyahətin özünün qaydaları var. Sizinlə kimsə gedə bilməz. Özünüzlə heç nə götürmürsünüz. Sabah səhər arxanızca maşın gələcək və sizi təyyarə limanına aparacaq”.


Görüşdən dərhal sonra Samir başının dəstəsi ilə aşağıdakı restorana düşdü və girən kimi:


- Mənim hesabıma hamıya istədiyi spirtli içkidən süzün! Xahiş edirəm hamı şənlənsin! Kef eləyin! Mənimlə birlikdə kef eləyin! Mən bir daha əmin oldum ki, bəxtim var! – deyə şən səslə bağırdı.


Doğrudan da Samir biznes yoluna çıxandan bir-iki istisna olmaqla, heç vaxt səhvə yol verməmiş, uduzmamışdı.


O, əsgəri xidmətini sovet Yakutiyasında yerinə yetirmişdi. İki ildən sonra doğma Azərbaycana qayıdan Samir arzusunda olduğu universitetə qəbul ola bilməmişdi. Bir müddət rayonda veyilləndikdən sonra yenidən Yakutiyaya qayıtmışdı. O, əvvəlcə filiz mədənlərində fəhlə işləmiş, sonra qiyabi təhsil alaraq şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdi. Sovetlər dağıldıqdan sonra həyat yoldaşı, yakut qızı Bayananın təşəbbüsü ilə almaz və qiymətli filizlərlə zəngin olan kiçik bir yatağı özəlləşdirə bilmişdi. İllərlə Yaponiyaya, Çinə və bir neçə Avropa ölkəsinə qiymətli xammal daşıyan Samir qısa müddətdə böyük sərvət sahibinə çevrilmişdi. Düzdür, sonralar Rusiya özünə gələndə özəlləşdirilmiş filiz yataqları strateji ərazilər sayılaraq özəl şirkətlərin əlindən alınmışdı. Buna baxmayaraq, çoxlu sayda iş adamı həmin yataqlar hesabına kifayət qədər varlana bilmişdilər.


Yaşı əllini aşan Samir hələ də Yakutiyada yaşayır, oranı özünə ikinci vətən hesab edir. Bu enerjili, dinamik insan hər ilin yay və qış aylarında adəti üzrə doğma Azərbaycana, eləcə də xarici ölkələrə səfərindən qalmır. Rusiyada bir neçə böyük şirkətə sahiblik........

© Qaynar


Get it on Google Play