menu_open
Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Körpə Tanrının yaratdıqları (hekayə)

19 43
02.07.2024

Tofiq Tümen şəhərindən vətənə qayıdanda ata yurdunda yaşayan qardaşı kənddə onu sevinclə qarşılayıb dost-tanışla şadlıq eləmişdi. Bir neçə gün davam edən görüşlərdən və yeyib-içməklərdən sonra Tofiq Rusiyada yaşadığı qadınla çoxdan ayrıldığını, sonrakı tüfeyli həyatını və deportasiya olunduğunu qardaşına danışmalı olmuşdu. Bir neçə gün sonra ikilikdə oturanda qardaşının suallı baxışını öz cavabları ilə tam təmin etmək üçün Tofiq hər şeyi ətraflı nəql eləməyi özünə borc bildi:


- Belə, qardaş, uşaqlar böyümüşdü, tatar qızı Tanya da məndən bezmişdi. İçirəm dəə, çox içirəm. Bir dəfə də içkili evə gəlmişəm, oğlum da yekə kişidi, əsgərlikdən gəldiyi üç il olar. Nəysə, vurdum onu. Arvad-uşaq biri-birinə qarışdı. Qızım da bizim qəsəbədə yaşayır öz ailəsi ilə. Axşam o da gəldi bizə. Söhbət-mübahisə yenidən qızışdı, uşaqların yanında Tanyaya fahişə-zad dedim. Oğlum ilk dəfə mənə əl qaldırdı onda. Qızım da dedi, sənin uje, başın xarab olub, ya müalicə olunmalısan, ya da bizi tərk eləməlisən. Beləcə, evdən qovdular məni.


Qardaşı onun Rusiya həyatını özü üçün biraz da aydınlaşdırmaq üçün:

- Ümumiyətlə, orda necə yaşayırdın, işin-gücün nə idi, niyə çoxdandı bizimlə əlaqə saxlamırdın? – soruşdu.


- Bilirsən, qardaş, burdan gedəndə əvvəlki illərdə hamı kimi bazarda meyvə-tərəvəz alveri eləyirdim. Dost-tanışla kirayələrdə yaşayıb başımı dolandıra bilirdim. Sonradan bu tatar qızı Tanya ilə tanış oldum. Boşanmış gənc qadın idi, qızının üç yaşı vardı. Ancaq evləri Tümendən aralı bir qəsəbədə idi. Özü uşaq baxçasında işləyir, anası ilə yaşayırdı. Nəysə, evləndim onunla, qəsəbədə onlarla yaşayası oldum. Maaşı zəif idi, sonralar baxçadan çıxartdım onu. Səhər tezdən bir yerdə çıxır, elektrik qatarı ilə 20 dəqiqəyə Tümen şəhərinə gəlir, bazarda birgə alverimizi eləyib axşam qayıdırdıq. Bu arada oğlum Teymur dünyaya gəldi. Sonralar bazarda ha deyəndə OMON-çular basqın edir, sənəd-zad istəyirdilər. Vəziyət çətinləşdi, bizi sıxışdırıb ordan çıxartdılar. Mən məcbur qalıb yerlilərimizlə tikintidə işləyəsi oldum. Əvvəlcə fəhlə işləyirdim, işlərimiz ağır idi. Səhərdən axşama əllə palçıq qarışdırır, kərpic daşıyırdıq. Sonralar mən də suvaq işlərini öyrəndim, belə pis deyildi. Ancaq, nə gizlədim, içirdim, çox içirdim, ona görə işləyə bilmir, zülüm çəkirdim. Həmişə deyirəm, bizi sovet hökmətinin təmiz araqları alkaş elədi, indi də bu kimyəvi araqlara dözə bilmirik. Boynuma alıram, içəndə də başım, artıq xarab olur. İçməsəm də olmurdu. İçəndə heç olmasa biraz depressiyadan çıxıram. Beləcə, davamlı gedə bilmədiyimə görə o işdən də çıxdım. Sonralar harda xırda-para fəhləlik işi oldu ora qaçırdım. Bax, böyük qardaşınam, səmimi deyəcəm, bu yaşa gəlmişəm, həyatda heç nəyə nail ola bilməmişəm. Niyə? Çünki yanlış yaşamışam. Mənim evimi yıxan, gəncliyimdə humanitar fənlərə hazırlaşıb ali məktəbə girmək həvəsim olub. İnan, orda hələ kirayədə yaşadığımız vaxtlar uşaqlara baxırdım, onların arasında bir nəfər belə, kitab oxuyanı yox idi. Mənim evimi oxuduğum o kitablar yıxdı. Düzdü, o vaxtlar ali məktəbə qəbul olsaydım həyatım başqa cür olardı. Elə, oxuduğum o kitablar məni rəhimli elədiyinə görə yanında balaca qızı olan Tanya ilə evləndim. O uşağı görəndən sonra fikirləşdim ki, mütləq biz birləşib onu xoşbəxt böyütməliyik. Sonda həmin qız böyüyüb məni evdən qovdu. Ancaq, qətiyyən qızımda günah görmürəm. Günah mənim içməyimdə, özümü düzgün apara bilməməyimdədi. Nədənsə, içəndə həmişə elə bilirdim Tanya mənə xəyanət eləyir, ancaq ayılıb ağlım başıma gələndə görürdüm yox ee, məndə içkidən maniyalar əmələ gəlib. Bir ara elə bilirdim qəsəbədə məni izləyirlər, guya kimsə qəfil boğub öldürəcək məni. Bir dəfə oğlum mənə dedi, sən niyə arxana boylana-boylana gedirsən?


Subay olanda kirayədə yaşadığım uşaqlarla oxuduğum kitablardan danışmaq, onlarla: "Məncə, o qarıları öldürdüyünə görə heç vaxt Raskolnikova bəraət qazandırmaq olmaz”, yaxud, "Tolstoyun Hacı Muradını çeçenlər öldürməməli, onu başa düşməli, anlamalı idilər”, nə bilim, "Martin İdenin intihar etməsini heç vaxt arzulamazdım, yazıçı niyə belə sonluğa razılaşıb, görəsən?” - kimi söhbətlər eləmək istəyirdim. Hələ Akutaqavanın "Cəhənnəm əzabları”nda hörümçək lifindən tutub cəhənnəmdən qaçmaq istəyən Kandatanın halı... Ta, xəbərim yox idi ki, onların arasında kitab ağzı açan yoxdu. Sözü ona gətirirəm, yəni, mən həyatı dibindən yanlış qurmuşammış. Həmişə də fikirləşirəm ki, elə bu yanlışlarımı davam edə-edə ömrümü başa vuracam.


Tofiqin bu uzun söhbətindən sonra iki qardaşın arasına ağır sükut çökdü. Qardaşının bu hekayətinə acıyan Natiq hannan-hana:

- Bəs, indi fikrin nədi? Bu dediyin yanlışları təzədən davam etmək fikrindəsən? – soruşdu.


- Bilirsən, Natiq, belə kədərli danışmağıma baxma, düşünürəm ki, bu dünyada pis-yaxşı, mənim də ailəm olub, oğul-uşaq böyütmüşəm. Əsas odur ki, uşaqlarımdan nigaran deyiləm, artıq, onlar öz həyatını idarə etmək yaşındadırlar. Mənim də yaşım 55-ə dirənib, indən belə ailə qurmaq fikrim yoxdu. "Fikrin nədir?” deyirsən. Dünən tanış uşaqlarnan danışmışam, gedəcəm Bakıya. Burda sizə, sənin ailənə, ümumiyətlə, kəndə yük olmaq istəmirəm.


- Yoo, nə yük, qardaş, sənin yerin həmişə gözümüz üstündədi. Qətiyən belə fikirləşmə, - Natiq ona ürək-dirək verdi.

- Çox sağol, varol, onu bilirəm. Ancaq özüm başqa cür istəyirəm. Danışmışam, gedəcəm Bakıya, əlim var-ayağım var, "Meyvəli” bazarında fəhləliyə, araba sürməyə çağırırlar məni. Gedəcəm, mənə belə xoşdu. Sən qətiyən məndən narahat olma, - deyib xeyli susduqdan sonra qəfil sükutu pozaraq: - O araqdan qaldımı? - soruşdu.

Natiq tez butulkanı qaldıraraq:

- Var, hələ var, - dedi, - süzümmü?

- Süz, qardaş, süz! Bunu da içək qurtarsın, gedək yataq, sabah məni Bakıya yola salarsan.

- Yaxşı, indi ki, qərara gəlmisən, qoy belə olsun, ancaq bura hər zaman sənin də evindi. Unutma ki, mən sənin kiçik qardaşınam.


***


Tofiq "Meyvəli” bazarına çatanda artıq axşam olmuşdu. O, avtobusda yol gedərkən də bazarda araba ilə fəhləlik eləyən kəndçisi Rəsulla telefonda danışmışdı. Rəsul da hər dəfə tələsik "əsas odur ki, sən gəl, çatanda ətraflı danışarıq” demişdi... Zəngləşib bazarın qarşısında görüşdülər. Görüşən kimi Tofiq ona:

- Buralarda bir ucuzxana varmı gedək oturaq, poxmeləm, başım partlayır, - deyib onun qolunu dartışdırdı.


Tofiqin bu halı Rəsulu sevindirdi. Çünki, araq içməyən adamla onunku tutmazdı.

- Var, əlbəttə var. Kafe çoxdu, ancaq burda biri var, - əlini sağ tərəfə uzatdı, - əla qutab verirlər. Arağı özümüzlə apararıq. Qutabla aran necədi?

- Qutab? Əla! Ən sevdiyim yeməkdi. Gedək-gedək!

Onlar gəlib tavanında daim qutab ətri dumanlanan kafedə oturdular. Ortaya salat gələn kimi Tofiq stəkanlara araq süzdü və:

- Götür, qardaş, görüşümüzün sağlığına! – deyib arağı başına çəkdi. – Dünənnən o qədər içmişəm, bütün yol boyu ürəyim bulanırdı, Kürdəmirdə dayananda yüz əlli qram vurdum, biraz düzəldim.

- Sağol, qardaş, xoş gəlmisən! – deyib Rəsul da arağı başına çəkdi. – Nə yaxşı qayıtmısan ee, vətənə, canımçün! Ölməyə vətən yaxşıdı. O gün də telefonda ucunnan-qulağınnan danışdın, sənin istoriyanı yaxşı bilirəm. Rus qızınnan adama arvad olmaz, canımçün. – Rəsul söhbətinin bu yerində istədi deyə ki, "heyıf deyil özümüzünkülər?” Ancaq demədi, çünki özünün də bir başqa ailə problemi olmuşdu. Ona görə özlərinə uyğun bir məntiqə gəlib davam elədi:

- Əslində, bizim kimi adamların arvad-uşaqla nə işi?! Götür, bir dənə də vuraq, götür görüm, nə yaxşı gəldin ee, çox sevinirəm!

- Ayə, qardaş, burda necədi işlər, heç olmasa gündəlik yemək-içmək çıxırmı? - Tofiq sanki, özünün gələcək həyatını soruşdu.

- Yaxşı idi! Niyə "idi” deyirəm, bilirsən? Arabadı daa, səhərdən axşama ora mal daşı-bura mal daşı, axşam da "briqadir” gəlib pulları yığır hamıdan, üstündən arabanın arenda pulunu, gecələdiyimiz yerin pulunu çıxır, bizə də elə bir qarın yemək, bir də araq içmək qalır, vəssalam. Bəs, niyə "yaxşı yerində gəlmisən” deyirəm, bilirsənmi? Mən burda iki arabaçı ilə dalaşmışam. Dalaşdım deyəndə ki, onlar özləri mənə sataşırlar, planları məni burdan çıxarmaqdı. Ona görə elə ikimiz də sabahdan çıxıb başqa yerə gedəcəyik.

- Hara, xeyir ola? – Tofiq maraqlandı.

- Mən bir vaxtlar Nərimanov tərəfdə işləyirdim, öz əlim-öz başım idi, heç kimə də haqq vermirdim, bura gəlməyimə çox peşmanam.

- Orda nə iş idi? - Tofiq yenidən soruşdu.

- Orda belədi, uzun qollu arabalar var, götürürsən onu düşürsən zibil qablarının canına. Dəmir "Bizon” bankaları, plastik əşyalar, nə bilim, istənilən dəmir-dümür... yığıb aparırsan, çəki ilə təhvil verib nağd pulunu alırsan. Biz o vaxtlar iki nəfər idik, axşamlar da sökülmüş binaların içində gecələyirdik. Düzdü, qışda biraz çətin olurdu, ancaq qışda da qapalı yerlər tapırdıq. Normal pulumuz olurdu, ürəyimiz istədiyini alıb yeyib-içir, kef eləyirdik. İndi fikrim var, gedək səninlə, mən yolunu bilirəm, adama bir araba götürək, düşək zibil qablarının canına, ən yaxşısı budur.

- Ay daa, zibil qablarında eşələnmək? Bəs, adam iyrənmir?

- Ayə, nə iyrənməy ee? Səhər tezdən araqdan mıxlayırsan, dünya vecinə də olmur. Uzağı, öyrəşənə qədər əlcək geyərsən, nə bilim maska taxarsan.

- Hə dəə! Zibil adamı yeməyəcək ki. Bəs, bu gecə harda qalacağıq?

- Mən bu gecənin pulunu vermişəm, sənin də yerinə ödəyərik. Sabah tezdən də çıxarıq burdan.

- Yaxşı, qardaş, necə deyirsən elə də eləyək. Bəs, sabah arabaları hardan tapacağıq?

- Onu da fikirləşmişəm, - Rəsul yüngülcə gülümsədi, - mənim ordakı uşaqlarda arabam var, sənə də birini alarıq. Heç pulun varmı?

Tofiq utana-utana:

- Canımçün, qardaş, mən Rusiyadan tamam lüt gəlmişəm, kənddə qardaşıma da deməyə utandım, üstümdəki pul yəqin ki, arabaya çatmaz, - dedi.

- Eybi yox, baxıram telefonun yaxşıdı, onu satarıq, onsuz da bizə telefon lazım olmayacaq. Məndəki düyməli telefon ikimizə də bəs eləyəcək.

- Ay sağol! - Tofiq dostunun planına sevindi. – Telefon indən belə nəyimə gərəkdi ki?


***


Dostlar artıq, şəhərdə işə başlamışdılar. Onlar səhər tezdən adamların seyrək vaxtında, bir də gecələr zibilliklərdə eşələnir, çəkiyə gedən əşyalardan arabalarını doldurub qəbul məntəqəsinə........

© Qaynar


Get it on Google Play